Gündəm
Hamama telefonla girən 14 yaşlı qız öldü
Hamama telefonla girən yeniyetmə ölüb. Madison Coewas adlı 14 yaşlı qız hamama telefonla girdiyinə görə həyatını itirib. Hadisə Mexikoda baş verib. Qız vannada uzanarkən əlində olan telefonu şarj aləti ilə cərəyan mənbəyinə taxılı olub.
Suriyanın yaşayış məntəqəsi bombalandı - Ölənlər var
ABŞ Silahlı Qüvvələri başda olmaqla koalisiya qüvvələri Suriyanın Əl-Xasaka əyalətində Şaddadi şəhərindən cənubda yerləşən Kişkiş Cabur yaşayış məntəqəsinə aviazərbələr endiriblər.
Prezident İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.
Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Nəsimi rayon məktəbliləri üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş, təhsildə və idmanda fərqlənən uğaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilir. Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə vətənpərvərlik hisslərinin və dünyagörüşlərinin daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.
“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı çap olunub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.
Donanma döyüş hazırlığı vəziyyətinə gətirilir – Moskvadan cavab
Krımda Qara dəniz donanmasının döyüş hazırlığının yoxlanılması başlanıb. Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib. Krımda və Qara dənizdə donanmanın poliqonlarında keçiriləcək yoxlamalar bir neçə gün davam edəcək.
"Borussiya"dan yeni transfer
"Borussiya"heyətinə yeni oyunçu cəlb edib. Münhenqladabax "Borussiya"sının yarımmüdafiəçisi Mahmud Dahudla 5 illik müqavilə imzalanıb.
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır
AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar İşçi qrupunun görüşü olub.
Azərbaycanın bəzi idmançılarında dopinq aşkarlandı
Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
Transfer hüquqlarını özü aldı, "Atletico" ilə müqavilə imzaladı
"Sevilla"nın yarımmüdafiəçisi Vitolo karyerasını "Atletico Madrid"də davam etdirəcək. İspaniyalı futbolçu transfer hüquqlarını 37.5 milyon avro ödəməklə Əndəlus klubundan alıb. Daha sonra Vitolo "Atletico" ilə 2022-ci ilin yayına kimi müqaviləyə imza atıb. Madridlilər onu yanvarın 1-i qeydiyyatdan keçirə biləcək. FİFA-nın "Atletico" klubuna qoyduğu transfer qadağasına görə Vitolo mövsümün 1-ci yarısını "Las Palmas"da keçirəcək.
Təyyarədə problem - Antalyaya reys təxirə salındı
Tatarıstanın Kazan hava limanında Türkiyənin "Atlas-Global" aviaşirkətinə məxsus təyyarə şassi dayağını zədələyib. Bu səbəbdən Kazan-Antalya reysi təxirə salınıb.
İranda qalmaqal - Qadınlar avtomobillərində başlarını açdılar
İranda avtomobildə başını açan qadınların sayı artmaqdadır. Bu halların artması "avtomobillərin şəxsi, yoxsa ümumi sahə" olduğuna aid müzakirələri yenidən alovlandırıb.
Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq? - Ərdoğandan cavab
"Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi: "Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".
Putinin sözçüsü: “Moskva güzəştlərə getməyəcək”
“Moskva ABŞ prezidenti Donald Trampdan güzəştlər gözləmir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovanın sözlərinə görə, dövlət başçısı Vladimir Putin də heç vaxt Rusiyanın hansısa güzəştləri haqqında danışmayıb.













