Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq? - Ərdoğandan cavab
"Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi: "Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".
12 İyul 2017 17:21 Dünya"Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi: "Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb. Trend.az