Gündəm

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşları təltif edildi - SİYAHI

12 İyul 2017 18:58

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Prezident İlham Əliyev Tarıg Hamza Zeynəlabdini fəxri konsul təyin etdi

12 İyul 2017 18:56

Prezident İlham Əliyev T.H.Zeynəlabdinin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Bavariya"nın futbolçusu "Yuventus"da

12 İyul 2017 18:55

"Yuventus" heyətinə yeni oyunçu cəlb edib.  "Bavariya"nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək. Braziliyalı yarımmüdafiəçi bu gün "Yuventus" üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.

İlham Əliyev: "İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin"

12 İyul 2017 18:53

"İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Azərbaycan Prezidenti: "Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin"

12 İyul 2017 18:52

"Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin".

Prezident İlham Əliyev: "Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq"

12 İyul 2017 18:51

"Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Bakıda "Qarabağ"ın fan-şopu açılır - formalar bu ünvanda!

12 İyul 2017 18:50

Yaxın bir həftə ərzində Bakıda "Qarabağ" Futbol Klubunun rəsmi Fan-şopu açılacaq. Bu haqda  Ağdam klubunun baş mececeri Asif Əsgərov məlumat verib.

FİFA Neymarın məsələsinə nöqtə qoydu

12 İyul 2017 18:46

FİFA Neymarın Braziliyanın "Santos" klubundan "Barcelona"ya keçidini qanuni hesab edib. Bu barədə 25 yaşlı hücumçunun maraqlarını qoruyan "N&N Consultoria" şirkəti məlumat yayıb. Neymarın keçidinin qaydalar çərçivəsində reallaşmasına dair qərar iyulun 11-də qəbul olunub.

Müğənninin boşanmış bacısı özünə yeni sevgili tapdı

12 İyul 2017 18:43

Türkiyə mətbuatında məşhur müğənni Hülya Avşarın bacısı Helin Avşar ilə Gürkan Şef olaraq tanınan Gürkan Topçunun eşq yaşadığı iddia edilib.

Geosiyasi təcrid: ''erməni sindromu''

12 İyul 2017 18:39

Ermənistanın siyasi və ekspert dairələri yeni bir təlaşa düşüblər. Onlar Şərq-Qərb əməkdaşlıq dəhlizinin formalaşmasında Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ələ almasından bərk narahatdırlar.

Helmut Mantsenrayter Azərbaycanın fəxri konsulu təyin edildi

12 İyul 2017 18:37

Prezident İlham Əliyev H.Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Qarabağ"ın hücumçusu Çempionlar Liqasının üçüncüsüdür

12 İyul 2017 18:37

"Qarabağ"ın legioneri Dino Ndlovu Çempionlar Liqasının bombardirləri siyahısına daxil olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə ilk oyununda (5:0) dubl müəllifi olan afrikalı 3-cü pilləyə yüksəlib.

Elmira Saricalinskayaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib

12 İyul 2017 18:35

Prezident İlham Əliyev E.Y.Saricalinskayaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında  sərəncam imzalayıb.

Qadın sevgilisini yatdığı yerdə benzin töküb yandırdı

12 İyul 2017 18:32

38 yaşlı qadın Leigh Ann Sepelyak sevgilisini yandırmaqda, sonra da alovları söndürmək üçün üstünə sidik tökməkdə günahlandırılır. O, sevgilisi ilə birlikdə mübahisə edib. Leigh sevgilisi yuxuya getdikdən sonra onun üzərinə benzin töküb, sonra da siqaretlə yandırıb.

Akif Çovdarov Tağı Əhmədovla bağlı ifadə verib

12 İyul 2017 18:22

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.