"Qarabağ"ın hücumçusu Çempionlar Liqasının üçüncüsüdür
"Qarabağ"ın legioneri Dino Ndlovu Çempionlar Liqasının bombardirləri siyahısına daxil olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə ilk oyununda (5:0) dubl müəllifi olan afrikalı 3-cü pilləyə yüksəlib.
12 İyul 2017 18:37 İdman"Qarabağ"ın legioneri Dino Ndlovu Çempionlar Liqasının bombardirləri siyahısına daxil olub. Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə ilk oyununda (5:0) dubl müəllifi olan afrikalı 3-cü pilləyə yüksəlib. Dino yalnız TNS-in qolçusu Skott Quiqlidən geri qalır. 3 qol vuran uelsli buna 3 matçda nail olub. Dino isə 2 qolla lideri izləyən 4 oyunçudan biridir. Lakin bu oyunçulardan biri - "Vikinqur"un üzvü Solvi Vatnamar 1 qol ötürməsi də verdiyi üçün 2-ci sıradadı. Digər üç futbolçu arasında ən az oyun keçirən Ndlovu isə 3-cüdü. Belə ki, hücumçumuz 1, iki şəriki isə 2 və ya 3 matçda 2 dəfə rəqib qapısına yol tapıb. Apasport.az