Prezident İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.
12 İyul 2017 18:17 SiyasətPrezident İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31