Transfer hüquqlarını özü aldı, "Atletico" ilə müqavilə imzaladı

"Sevilla"nın yarımmüdafiəçisi Vitolo karyerasını "Atletico Madrid"də davam etdirəcək. İspaniyalı futbolçu transfer hüquqlarını 37.5 milyon avro ödəməklə Əndəlus klubundan alıb. Daha sonra Vitolo "Atletico" ilə 2022-ci ilin yayına kimi müqaviləyə imza atıb. Madridlilər onu yanvarın 1-i qeydiyyatdan keçirə biləcək. FİFA-nın "Atletico" klubuna qoyduğu transfer qadağasına görə Vitolo mövsümün 1-ci yarısını "Las Palmas"da keçirəcək.

Vitolo 2013-cü ildən "Sevilla"nın şərəfini qoruyurdu. İyulun 10-da klub 27 yaşlı havbeklə müqaviləni 2022-ci ilə kimi yenilədiyi barədə məlumat yaymışdı. Ötən mövsüm 30 oyuna çıxan futbolçu 6 qol vurub, 6 məhsuldar ötürmə verib. O, 6 sarı vərəqə alıb və 1 dəfə meydandan qovulub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31