Teatr mükafatlandırdı

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr mükafatı təqdim edildi. Teatrdan “Olaylar” – a bildirilib ki, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi.

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin "Sima" teatr mükafatı təqdim edildi. Teatrdan "Olaylar" - a bildirilib ki, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi.

Hesabat iclasından sonra Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olundu. Bu ilki mükafatlar "mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", "mövsümün ən işgüzar aktyoru", "mövsümün seçilən aktyoru", "mövsümün ən yaxşı texniki işçisi" "mövsümün fərqlənən aktyoru", "teatrın dostu", "mövsümün ən işgüzar əməkdaşı", "mövsümün ən yaxşı epizodik rol ifaçısı" nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. 2017-ci ilin Simaları siyahısına "Uğurlu debüt"- Xəyalə Meydanova, "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" (kişi) - Elşən Şıxəliyev, "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" (qadın) - Mehriban Abdullayeva , "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı" - Hüsniyyə Quliyeva , "Mövsümün seçilən aktyoru" -Elnur Hüseynov, "Mövsümün ən işgüzar aktyoru" - Müşfiq Əliyev , "Mövsümün ən yaxşı texniki işçisi" - İradə Mirişli, "Mövsümün fərqlənən aktyoru" - Bəhram Həsənov , "Teatrın dostu" - Ülviyyə Həsənqızı, "Mövsümün ən işgüzar əməkdaşı" -Ələsgər Muradxanlı, "Mövsümün ən yaxşı epizodik rol ifaçısı" -Eyvaz İbrahimov, Teatr və KİV - "Kaspi" qəzeti (Xəyalə Rəis) adları yazıldı. Şən, musiqili,ədəbi-bədii gecə şəklində davam edən mükafatlandırma mərasimində münsiflər heyətinin qərarına əsasən nominasiyalar üzrə qaliblərə diplomlar və pul mükafatları təqdim edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31