Samuşia: "Qarabağ" bizdən qat-qat üstün oynadı"
Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində "Samtredia" səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Ölkəsinin mətbuatına açıqlama verən "Samtredia"nın 22 yaşlı futbolçusu Quram Samuşia oyunla bağlı bunları deyib: "Qarabağ" bizdən qat-qat üstün oynadı. Oyuna yaxşı başlamışdıq.
12 İyul 2017 16:27 İdmanÇempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində "Samtredia" səfərdə "Qarabağ"a məğlub olub - 5:0. Ölkəsinin mətbuatına açıqlama verən "Samtredia"nın 22 yaşlı futbolçusu Quram Samuşia oyunla bağlı bunları deyib: "Qarabağ" bizdən qat-qat üstün oynadı. Oyuna yaxşı başlamışdıq. İlk hissədə demək olar ki, rəqibə qarşı layiqli mübarizə apardıq. Amma sonradan oyun sistemimizi itirdik, çoxlu səhvlər etdik və rəqib imkanlarından yaxşı istifadə etdi". Samuşia cavab oyunu haqda da danışıb: "Düzdü, səfərdə böyükhesabla məğlub olmuşuq. Amma yaxşı oynasaydıq, nəticə fərqli ola bilərdi. Ev oyununda layiqli mübarizə aparmağa çalışacağıq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Tbilisidə keçiriləcək. Goal.az