"Ermənistan regionda siyasi oyunların alətinə çevrilir"

"Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaqdır". Bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi-vətənpərvərlik mövzusunda tədbirdə bildirib.

Bütün Azərbaycan xalqı kimi Alxanlı faciəsindən, dinc əhalinin atəşə tutulmasından sarsıldığını bildirən Bahar Muradova prezident İlham Əliyevin tapşırığına əsasən, bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.

Vitse-spiker Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının gündən-günə daha da yüksəldiyindən fərəh hissi ilə qeyd edib. O, Müdafiə Nazirliyinin hərbi qulluqçuların vətənpərvərlik, Vətənə, dövlətə sədaqət ruhunda formalaşması, eləcə də mülki əhalinin bu istiqamətdə tərbiyə olunması məqsədi ilə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini təqdir edib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31