ATƏT PA-nın illik sessiyası Azərbaycan üçün uğurlu olub

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, iyulun 4-də erməni silahlı birləşmələrinin təxribatı nəticəsində qətlə yetirilən Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın acınacaqlı aqibəti sessiya iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda Azərbaycan XİN-in müvafiq bəyanatı və qətlə yetirilən mülki şəxslərin şəkilləri ATƏT PA-nın üzvlərinə paylanıldı. Azərbaycan nümayəndə heyəti körpə qatillərini şiddətlə qınayaraq onların layiqli cəza almalarını tələb etdi. Qeyd olundu ki, ATƏT PA bu hadisəyə səssiz qalmamalı, gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atmalıdır.

Nümayəndə heyətimiz bir sıra naliyyətlərə imza atıb  

Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, iyulun 4-də erməni silahlı birləşmələrinin təxribatı nəticəsində qətlə yetirilən Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın acınacaqlı aqibəti sessiya iştirakçılarının diqqətinə çatdırıldı. Eyni zamanda Azərbaycan XİN-in müvafiq bəyanatı və qətlə yetirilən mülki şəxslərin şəkilləri ATƏT PA-nın üzvlərinə paylanıldı. Azərbaycan nümayəndə heyəti körpə qatillərini şiddətlə qınayaraq onların layiqli cəza almalarını tələb etdi. Qeyd olundu ki, ATƏT PA bu hadisəyə səssiz qalmamalı, gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atmalıdır.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra görüşlər keçirib: "Sessiyanın rəsmi açılış mərasimində iştirak edən Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə ayaqüstü görüşündə iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonu ərazisində törətdiyi hadisə barədə məlumatlı olduğunu deyib, azyaşlı Zəhra daxil olmaqla 2 dinc sakinin ölümü və 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib. Milli Məclisin deputatları ATƏT PA-nın prezidenti Kristine Muttonen və Baş katibi Roberto Montella ilə görüşdə Azərbaycan-ATƏT PA münasibətlərini müzakirə ediblər. Xanım Muttonenin bu payız bölgəyə gözlənilən səfəri barədə fikir mübadiləsi aparılıb. Qoşunların təmas xəttində baş verən son insidentdən söhbət açılıb. ATƏT rəsmiləri başsağlığı verərək günahsız insanların qətlini şiddətlə qınayıblar. Görüşdə deputatlarımız ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edərək onların ATƏT-in digər institutları ilə əməkdaşlığı genişləndirməsi vacibliyini vurğulayıblar. Sessiya zamanı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşdükdən sonra onların üçü ilə birlikdə görüşüb. Həmin görüşdə də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan insidentlə bağlı geniş fikir mübadiləsi aparılıb. Nəzərdə tutulduğuna görə, K.Viqenin sentyabrda Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək". Yeri gəlmiçkən qeyd edək ki, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova sessiyadan qayıdan kimi ATƏT PA-nın prezidenti Kristine Muttonenə rəsmi məktub ünvanlayaraq təmas xəttində baş verən 4 iyul insidentinin, erməni təxribatı nəticəsində mülki insanların qətlə yetirilməsi məsələsinin diqqətdə saxlanılması vacibliyini vurğulayıb. 

B.Muradova bildirib ki, 26-cı illik sessiyada Azərbaycan nümayəndə heyəti bir sıra uğurlara imza atıb. Belə ki, siyasi məsələlər və təhlükəsizlik komitəsində "ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair" qətnamə layihəsi müzakirə edilərkən erməni deputatlar "xalqların öz müqəddəratını təyinetmə prinsipinin" qətnaməyə əlavə edilməsinə cəhd göstəriblər. Milli Məclis deputatlarının gərgin əməyi, aparılan iş sayəsində Ermənistan nümayəndə heyətinin bu təklifi Parlament Assambleyası tərəfindən rədd edilib. Azərbaycan nümayəndə heyətinin təklifləri isə qəbul olunub. Erməni deputatlar Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində müzakirə edilən "ATƏT regionunda sülh və əmin-amanlıq naminə əməkdaşlığın və etimadın artırılması" adlı qətnamə layihəsinə "münaqişə zonalarına girişin asanlaşdırılması və bunun üçün maneələrin yaradılmamasına dair" düzəliş irəli sürüblər. Milli Məclisin deputatı Tahir Mirkişili çıxış edərək bu düzəlişin beynəlxalq qanunlara zidd olduğunu və münaqişə zonalarında qanunsuz fəaliyyətə qanuni don geyindirmək məqsədi daşıdığını bildirib. Nəticədə Ermənistan nümayəndə heyətinin təklifi 44 əleyhinə, 4 lehinə səslə rədd edilib. Sessiyada qərəzli mövqeyi ilə narazılıq doğuran daha bir sənəd -  İsveç deputatı Kristian Holmsun hazırladığı "Şərqi Avropada vəziyyət" adlı qətnamə layihəsi də rədd olunub.  Azərbaycanın deputatı Tahir Mirkişilinin hazırladığı "Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu" mövzusunda qətnamə layihəsi isə bəyənilib və hər hansı düzəliş olunmadan qəbul edilib: "Uğurlarımızdan biri də Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin təşəbbüsü ilə ATƏT PA-da İpək Yoluna Dəstək Qrupunun yaradılması olub. Azay Quliyev yekdilliklə İpək Yoluna Dəstək Qrupunun əlaqələndiricisi, Milli Məclis Aparatının əməkdaşı Mirkamal Əlizadə isə Qrupun katibi seçilib. 17 ölkənin təsisçi olduğu İpək Yoluna Dəstək Qrupuna yaxın gələcəkdə daha 3 ölkənin qoşulacağı gözlənilir. Biz ATƏT PA çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi uğrunda mübarizə aparırıq. İndiyədək kifayət qədər işlər görülüb. Budəfəki sessiyada da Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib və çağırışlar edilib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31