15 iyul Türkiyə üçün önəmli tarixdi
İyulun 12 – də Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016 – cı il Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransı keçrildi. Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilk olaraq Füzuli rayonunda iki yaşlı Zəhranın və nənəsinin erməni qəsbkarlar tərəfindən öldürülməsindən dərin kədərləndiyini və bu hadisəni şiddətlə qınadığını bildirdi.
12 İyul 2017 13:36 SiyasətErkan Özoral: "Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdü"
İyulun 12 - də Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016 - cı il Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransı keçrildi. Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Erkin Özoral ilk olaraq Füzuli rayonunda iki yaşlı Zəhranın və nənəsinin erməni qəsbkarlar tərəfindən öldürülməsindən dərin kədərləndiyini və bu hadisəni şiddətlə qınadığını bildirdi.
Səfir Özoral daha sonra ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdi xatırladı və bildirdi ki, bu hadisə xainliklə təşkil edilib: "Həmin hadisədə məqsəd Türk xalqını qarşı - qarşıya qoymaq idi. Dövlət çevrilişinə cəhd göstərən insanların vəhşiliklkərinin dünyada tayı - bərabəri yoxdu. Həmin gecə 250 nəfər şəhidlik zirvəsinə ucaldı, 2000-dən artıq vətəndaşımız yaralandı. 15 iyul Türkiyə üçün önəmli tarixdi. Dövlət çevrilişinə cəhd edənlər insanlıq hisllərini itirərək, sadəcə Pensilvaniyadan əmr alan robot kimi hərəkət ediblər".
15 iyul çevrilişə cəhd günü Türk xalqı ilə bərabər Türkiyənin rəsmi dövlət qurumları da öz cəsarətlərini nümayiş etdirdilər. Səhərə qədər TBMM - ni tərk etməyən millət vəkillərimiz dünyaya örnək oldular. Həmin gecə partladılan, talan edilən məkanların lent yazılarına baxanda həmin adamların insanlıqdan uzaq biriləri olduqlarını aydın görürük. Türkiyə Cumhuriyyətinin arxasında Türk xalqı duraraq həyatları bahasına öz dövlətlərini xain çevrilişçilərdən qorudular. O insanlar tankların önünüə keçərək həyatlarını Türkiyə xalqına qurban verdilər. Həmin gecə Türkiyə vətəndaşları tək ürək, tək bədən oldular. Çevrilişə cəhd edənlər özünü Məsih, peyğəmbər elan etmiş bir adamın qullarına çevriliblər. Həmin gecə Türkiyə səmasında görünən təyyarələr ölüm makinaları idi".
Səfir Erkan Özoral 15 iyul gecəsində prezident İlham Əliyevin Türkiyə xalqına və hökümətinə olan dəstəyini xüsusi qiymətləndirdi.Diplomat həmçinin prezident Azərbaycan hökumətinin Türkiyə ilə birgə FETO terror qruplaşmasına qarşı fəaliyyətin də yüksək dəyərləndirdi.
"15 iyul Türkiyə hökümətinə qarşı çevrilişin əsas məqsədlərindən biri də Türkiyənin iqtisadi gücünə mənfi təsir etmək idi. Lakin, xainlərin bütün bu planları alt - üst oldu. Türkiyənin iqtisadi gücü əvvəlki illərlə müqayisədə indi daha da güclüdü. Türkiyə bu gün həm də öz sərhədlərinin təhlükəsizliyini bərpa edir. Azad Suriya ordusu ilə Türkiyə ordusunu birgə fəaliyyəti nəticəsində Türkiyə sərhədlərinin təhlükəsizliyi diqqət mərkəzindədi" - deyə, səfir bildirdi.
Mətbuat konfransında FETO terror qruplaşmasının təkcə Türkiyədə deyil, bir çox ölkələrdə geniş fəaliyyət göstərdiyini qeyd edən səfir Özoral vurğuladı ki, terrorla mübarizədə digər dost dövlətlər Türkiyəyə lazimi dəstəyi vermirlər. "Onlar unudurlar ki, qoruduqları FETO terror təşkilatı bir zaman onların özlərinə qarşı ola bilər. FETO terror təşkilatı həm Türkiyədə, həm də dünyada terrorun yeni növünü, üsulunu göstərdi. Onlar hökumətin iqtidarına zamanla daxil olaraq, dövlətə çevrliş edə bilərlər. Onların Türkiyə hökumətinə qarşı bu planları həyata keçmədi. Türkiyə hökuməti təkcə FETO terror təşkilatı ilə mübarizə aparmır. Türkiyə bir xalq olaraq hər zaman terrordan əziyyət çəkmiş xalqdı. Bir daha qeyd edirəm ki, Türkiyəyə terrorla mübarizədə dünya dövlətləri heç bir dəstək vermir. Bu mübarizədə hər zaman yanımızda olan yeganə dövlət Azərbaycandı. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdü. Bizlərin keçmişi bir olduğu kimi gələcəyimiz də birdi".
Nigar Adil