Ərdoğan: “B və C planlarımızı həyata keçirəcəyik”
“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.
12 İyul 2017 14:03 Dünya"Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn "Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik" desə, bu, bizi rahatlaşdırar". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.
Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə bilər. "Yəni, Avropa İttifaqı bizim üçün "olmazsa olmaz" deyiləcək bir yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan, hazırda adambaşına milli gəliri 11 min dolları keçən bir ölkədir. Hazırda xalqımın böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa İttifaqının bizə qarşı yanaşmasını səmimi hesab etmir", - Ərdoğan vurğulayıb. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.