“Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir”
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.
12 İyul 2017 13:58 SiyasətBu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. Səfir bildirib ki, bu məsələdə Türkiyənin müttəfiqləri öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: "Təəssüf ki, biz bu məsələdə digər dövlətlərdən Azərbaycan dövlətinin göstərdiyi həssaslığı görmürük. İstər terrorla mübarizədə, istərsə də FETO - çularla mübarizədə Azərbaycan hökuməti hər zaman Türkiyənin yanında oldu. İstərdik ki, digər dünya dövlərləri də Azərbaycan kimi Türkiyəyə dəstək olsunlar"- deyə, səfir qeyd edib.