Milli İncəsənət Muzeyində “Fransız tətilləri”
İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək. Muzeydən “Olaylar”-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar bir-biri ilə Fransız dilində ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.
12 İyul 2017 13:45 İncəsənətİyulun 22-də Milli İncəsənət Muzeyində "Belle Epoque" - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən "Fransız tətilləri" proqramının premyerası keçiriləcək.
Muzeydən "Olaylar"-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar bir-biri ilə Fransız dilində ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə "Toğrul Nərimanbəyov - Paris xatirələri" adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.
"Fransız tətilləri" proqramının premyerasında iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır.