Gündəm
Qərb hazırda sınaq qarşısındadır
Yaxın Şərq uğrunda mübarizə getdikcə supergüclər arasında ölüm-dirim savaşına çevrilir. Xüsusilə, bu mübarizədə Birləşmiş Ştatlar və Rusiyanın ön sıralarda yer aldığı görünməkdədir. Rusiyanın Suriyada uzun müddətdir ki, möhkəmlənməsi təbii olaraq Vaşinqtonu narahat edən əsas məsələlərdən idi.
Oqtay Əsədov: Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar əmin-amanlıq şəraitində yaşayırlar
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Günelin "Space"dən getməsinin səbəbi MƏLUM OLDU
Space telekanalının simalarından olan Günel Həsənzadənin iş yerini dəyişməyinin bəzi detalları məlum olub. Son zamanlar bu telekanalda işçilərin əmək haqlarının verilməsiylə bağlı problem yaranıbmış və Həsənzadə də bu səbəbdən ARB-dən gələn təklifi dəyərləndirib.
Xoşqədəm Hidayətqızı veriliş apara bilməyəcək- VİDEO
Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının səsi tutulub. Teleaparıcının verilişində iştirak edən tamaşaçının bizimyol.info-ya verdiyi məlumata görə, ötən gün jurnalist “Səni axtarıram” verilişinin sezon finalının çəkilişi zamanı səsi tutulduğu üçün proqramı apara bilməyib.Həkimlər ona belə vəziyyətdə danışmağın yasaq olduğunu bildirsələr də o fikirindən dönməyib.
Ermənistan hakimiyyəti terrorizmi və cinayəti dövlət səviyyəsində dəstəkləyir
Ermənistan bütün istiqamətlərdə beynəlxalq hüquq və normaları pozaraq özünün işğalçılıq, separatçılıq siyasəti, qeyri-insani davranışlarını davam etdirir. Dağlıq Qarabağ münaqişəsi meydana gələn vaxtdan bu günə qədər Ermənistanın sayı-hesabı bilinməyən qeyri-insani davranışlarına təəssüflər olsun ki, beynəlxalq birlik, dünya ictimaiyyəti göz yumur.
Avropa Parlamentinin ikibaşlı tövsiyəsi
Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Məsələn, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd - şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır. Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti BMT Baş Assambleyasının sentyabrın 12-də keçiriləcək 72-ci sessiyasına tövsiyələr verib.
Prezidentdən bir çox vəzifəli şəxslər və onların ailə üzvlərinə ciddi xəbərdarlıq
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov işdən azad edilib. Həmçinin sabiq rəsi müavinin oğlu xuliqanlı zəminində törətdiyi əmələ, avtrobus sürücüsünü döydüyünə görə həbs olunub.
Fərdi evlərin tikintisində hansı problemlər yaşanır?
Şəhərsalma və Tikinti Məcəlləsinin qəbul edilməsi fərdi evlərin tikilməsi ilə bağlı qaydaların xeyli dərəcədə sadələşdirilməsinə səbəb olub. Qaydaların sadələşdirilməsi vətəndaşları bır sıra bürokratik çətinliklərdən azad edib. Bununla belə mövcud prosedurların da bir sıra zəif cəhətləri mövcuddur ki, fərdi evlərin tikilməsi ilə əlaqədar vətəndaşlar üçün əngəllər yaradır. Yaranmış vəziyyətlə bağlı suallarımızı Beynəlxalq Şəffaflıq Təşkilatnın Azərbaycan milli bölməsi “Şəffaflıq Azərbaycan”-nın hüquqşünası Aytən Əlizamanalı cavablandırır.
Qətlin üstü “isti izlər”lə açıldı
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatında bildirilir ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub. Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Paralimpiyaçı bədbəxt hadisə nəticəsində öldü
Nizəatma növündə çıxış edən BƏƏ paralimpiyaçısı Abdulla Hayaey İngiltərənin paytaxtı Londonda məşq edərkən bədbəxt hadisə nəticəsində həyatını itirib.
Günel ilə Rövşanənin ARB-yə keçməsinə telekanaldan MÜNASİBƏT
ARB TV-nin strateji inkişaf direktoru İsmayıl Həsənov son günlər telekanalın yeni transferləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Telekanal rəsmisi bunları söyləyib: "Son günlər, ARB TV-də bağlanacaq və ya yeni açılacaq layihələrlə, həmçinin tanınmış simaların kanala cəlb olunması ilə bağlı mediada xəbərlər yayılır.
2 saylı “ASAN Kommunal” mərkəzində yeni xidmətlər
İyulun 12 – dən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.
Qəbələ sakini özünü asıb
Qəbələ rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə iyulun 12-də səhər saatlarında rayonun Tüntül kəndində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Bəşirov Taleh Vahid oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib. İntiharın səbəbləri hələliuk məlum deyil. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Daha 21 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Komitədən “Olaylar” averilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir.Hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb.Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.
“Qarabağ”ın fanatları metro vaqonlarına zərər vurdu
İyulun 11-də “Qarabağ” futbol klubunun Gürcüstan komandası üzərində qələbəsindən sonra ictimai nəqliyyatdan istifadə edən bəzi vətəndaşlar metro qatarları və plarformadakı müşahidə kamrelarına zərər yetiriblər.














