Prezidentdən bir çox vəzifəli şəxslər və onların ailə üzvlərinə ciddi xəbərdarlıq
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov işdən azad edilib. Həmçinin sabiq rəsi müavinin oğlu xuliqanlı zəminində törətdiyi əmələ, avtrobus sürücüsünü döydüyünə görə həbs olunub.
12 İyul 2017 12:58 SiyasətÜzeyir Cəfərov: "Kimliyindən asılı olmayaraq hər kəs özünü qanunlar çərçivəsində normal şəkildə aparmalı və öz məsuliyyətini dərindən dərk etməlidir"
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov işdən azad edilib. Həmçinin sabiq rəsi müavinin oğlu xuliqanlı zəminində törətdiyi əmələ, avtrobus sürücüsünü döydüyünə görə həbs olunub. Məlumat üçün qeyd edək ki, dövlət başçısının məlum sərəncamı imzalamasından sonra gündəmin əsas müzakirə mövzularından biri də məhz prezidentin ortaya qoyduğu qətiyyət və atmış olduğu təqdirəlayiq addımdır. Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti hökumət üzvləri, nazirlə və komitə rəhbərləri ilə keçirdiyi görüşlər, müşavirələrdə dəfələrlə bəyan edib ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Həmçinin dövlət başçısı məmur övladlarının özbaşınalıqlarına son qoyulması, cəmiyyəti narahat edən bu cür neqativ halların aradan qaldırılması barədə də zaman-zaman ciddi tapşırıqlarını verib. Prezidentin tapşırıqlarından nəticə çıxaran bəzi məmurlar və onların övladları bir qədər özlərini yığışdırsa da, görünür dövlət başçısını eşitməyənlər də varmış. Və bunun nəticəsi olaraq Prezident ötən gün lazımı addım atmalı oldu. Təbii ki, birmənalı olaraq Azərbaycan Prezidentinin atmış olduğu bu addım cəmiyyət tərəfindən təqdir edilir, dəstəklənir. Və ümid edilir ki, digər məmurlar və onların ərköyün övladları da son hadisədən nəticə çıxaracaqlar.

Elə ekspert Üzeyir Cəfərov da bi qənaətdədir. O, bildirib ki, general Novruzəli Orucovun ölkə başçısı tərəfindən vəzifədən azad edilməsi əsla onun xidməti fəaliyyəti ilə əlaqədar deyil. Bu onun övladının etdiyi cinayət xarakterli hərəkəti ilə bağlıdır: "Hesab edirəm ki, çox doğru və düzgün addımdır. Qısaca onu xatırladım ki, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Və faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Generalın oğlu R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Hesab edirəm ki, bu hadisə bir çox vəzifəli şəxslər və onların ailə üzvlərinə də bir ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Həqiqətən də, bir sıra məsələlərə görə əsəblərin gərildiyi bir zamanda kimliyindən asılı olmayaraq hər kəs özünü qanunlar çərçivəsində normal şəkildə aparmalı və öz məsuliyyətini dərindən dərk etməlidir. Bu gün bəzi vəzifəli şəxslərin təkcə ailə üzvləri deyil, hətta xidməti və ya ailə avtomobillərinin də sürücüləri bəzən ölkə ərazisində özbaşınalığa yol verir, cəmiyyətə və insanlara qarşı açıq hörmətsizlik hallarına yol verirlər. Mətbuatda olan dostlardan da xahişim budur ki, bu cür hallar olduğu təqdirdə onlar çəkinmədən bu neqativ halları ictimailəşdirsinlər və kimliyindən asılı olmayaraq hər kəs özbaşınalıqdan uzaq olsun". Üzeyir Cəfərov onu da qyd edib ki, hüquq-mühafizə orqanları da bu cür hallarla rastlaşdıqda tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq ədalətli mövqe tutsunlar, yekəxanaları yerində oturtsunlar: "Onu da qeyd edim ki, Azərbaycanda müşahidə etdiyim əcaib mənzərələrdən biri də vəzifəli şəxslərin və onların ailə üzvlərinin ətrafında "pul iyinə" gələn saysız-hesabsız "qaqaş"lar və qoluzorlular olur ki, onlar özlərini "yaxşı oğlan" gösətərməkdən ötəri sanki biri digəri ilə bəhsə çıxır. General Novruzəli Orucovun hazırda həbsə alınan oğlunun dostlarından biri durub öz yoldaşına ağıllı məsləhət verməyib ki, atdığı yanlış və qanunsuz addımdan onu çəkindirsin. Özləri də bədbəxt oldular, dostlarını da rəzil duruma saldılar. Bunun özü əslində çox böyük faciədir. Dost dediyin və bildiyin şəxs səni qorumaq əvəzinə, səni daha da acız və acınacaqlı duruma salır. Ölkə başçısına isə hər zaman belə prinsipiallıq göstərməyə və kimliyindən asılı olmayaraq hər kəsə həddini və yerini bilməkdə bundan sonra da qətiyyətli addımlar atmaqda uğurlar arzulayıram. Çünki, bu təkcə bir nəfərə aid məsələ deyil, bütövlükdə cəmiyyətimizin və dövlətimizin nüfuzu ilə bağlı bir məsələdir".
Süleyman