Qərb hazırda sınaq qarşısındadır

Yaxın Şərq uğrunda mübarizə getdikcə supergüclər arasında ölüm-dirim savaşına çevrilir. Xüsusilə, bu mübarizədə Birləşmiş Ştatlar və Rusiyanın ön sıralarda yer aldığı görünməkdədir. Rusiyanın Suriyada uzun müddətdir ki, möhkəmlənməsi təbii olaraq Vaşinqtonu narahat edən əsas məsələlərdən idi.

Yaxın Şərq uğrunda mübarizə getdikcə supergüclər arasında ölüm-dirim savaşına çevrilir. Xüsusilə, bu mübarizədə Birləşmiş Ştatlar və Rusiyanın ön sıralarda yer aldığı görünməkdədir. Rusiyanın Suriyada uzun müddətdir ki, möhkəmlənməsi təbii olaraq Vaşinqtonu narahat edən əsas məsələlərdən idi. Ona görə də yeni Ağ Ev rəhbəri Donald Tramp hakimiyyətə gəldikdən dərhal sonra əsas diqqəti məhz bu regiona yönəltdi. Elə cari ilin may ayında Ağ Ev rəhbərinin Səudiyyə Ərəbistanına səfəri də Vaşinqtonun Yaxın Şərq planının tərkib hissəsi idi. Amma görünən odur ki, Birləşmiş Ştatların Yaxın Şərqlə bağlı planları hələ də Vaşinqtonun ürəyincə deyil. Daha dəqiq desək regionda cərəyan edən proseslər Ağ Evin istəyi ilə üst-üstə düşmür. Politoloq Cəbrayıl Fərzəliyev də deyir ki, Donald Trampın ilk Yaxın Şərq səfərini Səudiyyə Ərəbistanına etməsi yeni Amerikan rəhbərliyinin Səudiyyə Ərəbistanını Körfəzin, hətta Yaxın Şərqin "böyük qardaşı" olaraq gördüyünə dair ilk siqnal verməsinin ardından baş verən böhranın birmənalı şəkildə Vaşinqtonu tərs küncə sıxışdırdığını söyləmək olar. Onun sözlərinə görə, saman altından su yeridərək xüsusilə "cihadçı" terrorun maliyyələşdirilməsi məsələsində Qətəri əngəlləmək istəyən və eyni zamanda İran məsələsini də gündəmə gətirməyə çalışan ABŞ-ın başda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Yəmən dördlüyünün Qətəri təcrid və marginallaşdırma siyasətini strateji olaraq dəstəklədiyi vurğulamaq lazımdır: "Bununla bərabər, son bir ay ərzində böhranın necə inkişaf etdiyinə nəzər saldıqda, Körfəzdəki təzyiqin yüksəlməsinin və Yaxın Şərqdəki ikinci bir böhranın alovlanmasının , orta və uzun perspektivdə ABŞ-ı küncə sıxışdırdığını da nəzərə almaq lazımdır. Lakin sonunda Qətərin əvvəlki cavabından fərqli və bütün istəkləri qəbul edəcək qədər sadəlövh bir mövqe tutacağını düşünmək bu mərhələdə inandırıcı deyil. Digər tərəfdən, böhranın hara gedəcəyini, dərinləşib dərinləşməyəcəyini, dördlüyün növbəti addımının nə olacağını bu mərhələdə söyləmək o qədər də asan məsələ deyil. Görünən odur ki, tərəflər mövqelərindən vaz keçmədikcə və Avropa İttifaqı və Birləşmiş Ştatların hər iki tərəf üzərində "razılaşdırıla və hərəkətə keçilə bilən" yeni bir zəmin yaradılması üçün təzyiqi artmadığı təqdirdə, böhranın qısa müddətdə həll edilməsini gözləmək bir az sadəlövlük olardı". Politoloq deyib ki, yeni Körfəz böhranı nəhayətində ABŞ-ı Körfəz məsələsində daha həssas və tarazlaşdırılmış bir siyasət izləməyə məcbur edir və Körfəz siyasəti haqqında mövcud hakimiyyətdəki fikir ayrılıqlarını da ortaya çıxarmış olur: "Belə ki, bir tərəfdən ABŞ xarici işlər naziri Tillerson və müdafiə naziri Mattis uzlaşma və dialoq çağırışı edərək "ağlabatan" bir müqavilənin zərurətindən bəhs edərkən, digər tərəfdən Prezident Donald Trampın öz komandasından olan bəzi adamlar, ABŞ-ın böhranda Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliyinə yanaşan bir mövqe sərgiləməsinin daha

məqsədəuyğun olacağına dair fikir bildirirlər. Bu dilemma nəhayətində Tramp ilə birlikdə nəzərdə tutulan və enişli-yoxuşlu hala gələn ABŞ xarici siyasətinin bir davamıdır. Bu ikitirəli siyasətin də orta və uzun perspektivdə Amerikanı Körfəz regionunda və Yaxın Şərqdə, istərsə digər coğrafi ərazilərdə strategiya baxımdan zəiflədilməsinin mümkün olduğunu söyləməyə əsas verir". Cəbrayıl Fərzəliyevin sözlərinə görə, birmənalı şəkildə vurğulamaq olar ki, qərb hal-hazırda bir növ sınaq qarşısındadır: "Nəticə olaraq, Qərbin Qətər sınağı beynəlxalq terrorizmlə mübarizə kimi məsələlərdə regional və qlobal aktorların birlikdə və koordinasiya halında hərəkət etməsi baxımından da əhəmiyyətlidır. Belə ki, təkcə terrorizmin maliyyələşdirilməsi məsələsində Qətərin təkbaşına günah keçisi halına gətirilməsi o qədər də inandırıcı deyil. Həmçinin, həssas güc nisbətlərinin və qruplaşmaların olduğu, məzhəb münaqişələri və mülki müharibə şəraitinin davam etdiyi Yaxın Şərqin, yeni bir böhranı qaldırmayacaq vəziyyətdə olduğu da aydın şəkildə sezilir. Bu şərtlər altında regional aktorlardan gözlənilən rol, yeni böhranlarda ayrılmaq yox, terror kimi ortaq məsələlərdə məsuliyyətli, məntiqli, davamlı siyasi kurs həyata keçirməkdir. Qərbdən gözlənilən rol isə, "tarazlıq və güzəşt" faktoru mənliyini itirməmək üçün, konstruktiv və məsuliyyətli mövqe sərgiləmək və beynəlxalq məsələlərin qurumlar üzərindən həll edilməsi üçün səy göstərməkdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31