Avropa Parlamentinin ikibaşlı tövsiyəsi
Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Məsələn, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd - şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır. Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti BMT Baş Assambleyasının sentyabrın 12-də keçiriləcək 72-ci sessiyasına tövsiyələr verib.
12 İyul 2017 12:59 SiyasətAzay Quliyev: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın məsələsində prinsipiallıq nümayiş etdirmirlər"
Beynəlxalq münasibətlər sistemində baş verən oxşar hadisələrə eyni mövqe və reaksiyanın nümayiş etdirilməməsi artıq dünya birliyində də açıq şəkildə özünü büruzə verir. Məsələn, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Doğrudur, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT kimi nüfuzlu bir qurumun təcavüzkar Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd - şərtsiz çıxması barədə 4 qətnaməsi var, ancaq bu qətnamələr hələ də icra olunmamış qalır. Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti BMT Baş Assambleyasının sentyabrın 12-də keçiriləcək 72-ci sessiyasına tövsiyələr verib. Məlumata görə, tövsiyələrdə ölkələrin beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə bağlı çağrışlar qeyd olunub. Sənəddə əsasən Şərqi Avropa, Cənubi Qafqaz ölkələri - Moldava, Ukrayna, gürcüstanın ərazi bütövlüyünün pozulduğu vurğulanıb. Lakin təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın 20 %-nin Ermənistan tərəfindən işğal edildiyi barədə məqamlar Avropa Parlamentinin tövsiyəsində yer almayıb. Sadəcə olaraq, Dağlıq Qarabağ ərazisindəki davamlı insidentlərin aradan qaldırılması, insan hüquqlarının qorunması, ərazi bütövlüyü və yerli xalqların öz müqəddıratını təyin etməsi üçün davamlı diplomatik səyləri dəstəkləməyin vacibliyi vurğulanıb. Lakin burda heç bir işğal faktı qeyd olunmayıb.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib ki, Avropa Parlamenti əvvəlki illərdə, xüsusilə 2011-2012-ci illərdə qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin tanınması ilə bağlı özünün konkret mövqeyini ortaya qoyub: "Həmçinin, Avropa Parlamentinin qətnamələrində Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi açıq şəkildə bildirilib.Bununla bağlı Ermənistana çağırış da olub ki, işğalı dayandırsın. Bu gün beynəlxalq hüquq, sənədlər tam şəkildə Azərbaycanın tərəfindədir. Həmçinin Azərbaycanın ərazi bütövlüyü BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədə, xüsusilə ATƏT Parlament Assambelyasının (PA) 2015-ci ildə Helsinkidə qəbul etdiyi yekun sənədində və bəyamnaməsində açıq şəkildə qeyd edilib. Həmin bəyamnamədə qeyd edilib ki, Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi qorunmalı və hörmət olunmalıdır. Həmçinin 14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" A/RES/62/244 saylı qətnamə qəbul edib. Bu qətnamədə də açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsi əks olunub". Azay Quliyev qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Gürcüstan, Ukrayna, Moldovanın ərazi bütövlüyünün, suverenliyinin qorunması məsələsində hər zaman prinsipial mövqe sərgiləyib: "Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması məsələsinə gəldikdə isə müəyyən mənada fərqli fikirdə olub, eyni canfəşanlığı etməyiblər.Ona görə də Azərbaycan öz müqəddaratı, maraqları, ərazi bütövlüyü ilə bağlı işi daha da genişləndirməlidir. Hesab edirəm ki, bir neçə gün bundan əvvəl ATƏT PA kimi təşkilatın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiq etməsi həmin cəhdlərə bir cavabdır. ATƏT yeganə qurumdur ki, məhz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mandatı var. Münaqişənin sülh yolu ilə həllinə kömək etməyə çalışır. Əleyhimizə olan digər bütün cəhdlər müəyyən dairələrin təxribat xarakterli hərəkətləridir. Əminəm ki, bu təxribatların qarşısı layiqincə alınacaq. Mən Azərbaycanla bağlı hansısa mənfi bir maddənin qəbul ediləcəyinə inanmıram. Bunun da əsasını görmürəm. Bu beynəlxalq hüquqa tamamilə ziddir. Hesab edirəm ki, BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaraq, özünün əvvəlki qərarlarına və qətnamələrinə istinad edərək, hansısa növbəti təxribatın qarşısını alacaq".
Xatırladaq ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə və ədalətə əsaslanır. Həyata keçirilən düşünülmüş və məntiqli siyasi strategiya nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. Son 10 ildə həyata keçirilən xarici siyasətimiz dünya birliyindəki tərəfdarlarımızın sayını artırıb. Azərbaycanın ədalətə və beynəlxalq normalara əsaslanan xarici siyasəti ölkəmizin dünyadakı mövqelərinin güclənməsinə gətirib çıxarıb. Respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi də dünya birliyində ölkəmizə olan inam və etimadın nəticəsidir. Bütün bunlara baxmayaraq, xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Təəssüfləndirici haldır ki, dünya ictimaiyyəti Ermənistanın status-kvonu və öz işğalçı siyasətini saxlamağa göstərdiyi səylərinə lazımi şəkildə reaksiya vermir, işğalçı dövlətə ciddi təzyiq göstərmir. Ermənistan isə sanki bundan şirniklənərək beynəlxaq hüququn norma və prinsiplərini kobud surətdə pozur, işğalçılıq siyasətini davam etdirir, demək olar ki, hər gün atəşkəs rejimini pozur. Beynəlxalq birliyin bu ədalətsizliyə ciddi reaksiya verməməsi və Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaması vəziyyəti getdikcə daha da pisləşdirir. Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasının kökündə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən nümayiş etdirilən ikili standart siyasəti dayanır. Çox təəssüf ki, dünya birliyi münaqişə başlayan vaxtdan separatizmə, işğalçılıq siyasətinə və hərbi təcavüzə öz kəskin etirazını bildirmədiyindən problem belə kəskin xarakter alıb. Beynəlxalq təşkilatların ikili standartları Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasına rəvac verir.
Nurlan