Gündəm
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini işğal etdi – VİDEO
Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib. "Kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb. Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: "Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”.
Leonind Yakuboviç: “Burada istehsal olunan çayın dadına baxdıqdan sonra bütün ailəmiz evdə ancaq “Azərçay” içir”
“Azərçay”ın yeni reklam çarxının çəkilişi üçün ölkəmizə gəlmiş Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ”-“Samtredia” görüşünü izləyənlər arasında olub.
Türkiyədə ilin transferi açıqlandı - "Roma" onu aldı
Bu mövsüm Türkiyə Super Liqasında gümüş medal qazanan İstanbul təmsilçisi "Başakşehir"in gənc, hücumameylli yarımmüdafiəçisi və milli üzvü Cengiz Ünder İtaliya nəhənglərindən olan "Roma"ya transfer edilib.
Natavanın xına gecəsi olmayacaq
Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib. Sənətçi mərasim üçün əvvəlcədən hazırlıq etsə də, sonradan fikrini dəyişib. Belə ki, o, xınasını idarə etməyi rəfiqəsi, müğənni Xuraman Şuşalıya həvalə edibmiş. Sonra isə qərar verib ki, toyunun içində xına yaxsın.
Sarkisyan keçmiş məhkumu səfir təyin etdi
Ermənistan prezidenti Serj Sarkisyan keçmiş xarici işlər naziri Aleksandr Arzumanyanı Danimarka krallığına səfir təyin edib. Əvvəlki səfir Qraçya Ağacanyan isə Yerevana geri çağrılıb. 2007-ci il ildə çirkli pulların yuyulması ittihamı ilə saxlanılan Arzumanyan həbs olunub və 2009-cu ildə amnistiya ilə azadlığa çıxıb.
“Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” adlı tədbir keçiriləcək
Beynəlxalq Dialoq və İnkişaf Alyansı Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə əlaqədar olaraq tədbir keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub.
Haaqadakı Ermənistan səfirliyi qarşısında aksiya keçirilib
Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq, aksiya keçirilib.
Ermənistan dərk etməlidr ki...
Avstriyanın Mauerbax qəsəbəsində ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin qeyri-formal toplantısında Azərbaycan nümayəndə heyəti çıxış edib. “Olaylar” xəbər verir ki, Xin rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.
Təqsirləndirilən: "Dəyən ziyanı ancaq Əli Abbasovdan borc alıb ödəyə bilərəm" - "RABİTƏ İŞİ"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prosesdə Zərərçəkmiş kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək hazırda dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər tərəfindən ödəmələrin aparıldığını deyib. O, buna görə məhkəmə proseslərinə müəyyən vaxta qədər fasilə verilməsini istəyib.
8,8 milyon dəfədən çox müraciət qeydə alınıb
Cari ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.
Politoloq: “Bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər”
“Son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik. Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər”. Bunu politoloq Zaur Məmmədov deyib.
"Neftçi" ilk yoxlama oyununda uduzdu
"Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. "Ağ-qaralar" "Kəpəz"lə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar
Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi "Berlin Masters" adlı "Challenge" seriyasına aid Dünya Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yola saldığımız həftəsonu gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub.
Generalın həbs olunan oğlunun bahalı avtomobilləri
Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin görüntüləri yayılıb.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

.jpg)












