Gündəm
Müsəlmanlar qarşıdakı 30 ildə bütün Avropanı diz çökdürəcək
İldən-ilə islam ölkələrindən Avropaya axan insan seli daha kəskin xarakter alır. Ekspertlər həyəcan təbili çalır: o gün uzaqda deyil ki, müsəlmanlar Avropada öz qaydalarını tətbiq edəcək.
Tarixin ən böyük aviaqəzasının qarşısı alındı - VİDEO
Dispetçerlər ABŞ-ın San-Fransisko şəhərində müasir aviasiya tarixinin ən böyük qəzasının qarşısını alıblar. Hadisə iyulun 7-də gecə saatlarında baş verib. Torontodan uçan “Air Canada” aviaşirkətinin sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına deyil, bu zolağa paralel olan C zolağına enmək istəyib. C zolağında həmin anda içində sərnişinlər olan 4 layner var idi.
Hacı gecə klubuna getdi və səhərə qədər o xanımla əyləndi
Məşhur Sabancı ailəsinin böyük oğlu Hacı Sabancı Cem Yılmazın keçmiş həyat yoldaşı və model Ahu Yağtu ilə gecə səhərə qədər klubda əylənib.
Avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dairənin diametri 15 metr təşkil edir. Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.
Rusiya işğal olunmuş ərazilərdəki təlimlə bağlı məlumata dəyişiklik etdi - YENİLƏNİB
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib. Məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.
Türkiyə mətbuatı İlham Əliyevin İstanbul səfərindən yazıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakı tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının Dünya Neft Konqresindəkı proqram xarakterli çıxışı, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşləri zamanı aparılan müzakirələr bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı və ən etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın uğurlu neft strategiyası bir tərəfdən enerji təhlükəsizliyini təmin edirsə, digər tərəfdən böyük bir coğrafiyada inkişafı, tərəqqini, insanların rifahını yüksəldir. Bütün bunlar iqtisadi inkişafın Azərbaycan modelinin dünyaya inteqrasiyasının vacibliyini ortaya qoyur.
Səbuhi Abbasov: “Hər iki dövlət əmin-amanlığa ciddi şəkildə tövhə verir"
“Türkiyə-Azərbaycan əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Əslində bizim tariximiz, kökümüz, dilimiz, dinimiz birdir. Sadəcə tarixin bəzi dönəmlərində bizdən asılı olmayan səbəblərə görə bu əlaqələrdə müəyyən durğunluqlar yaşanmışdı”. Bunu açıqlamasında internet -eksperti Səbuhi Abbasov deyib.
Mərkəz sədri: “RF XİN-nin mövqeyi xüsusilə qabarıq şəkildə görünür”
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Azərbaycanın iştirakı olmadan da Şimali Qafqazı qızışdıra bilər”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Türkiyənin mərkəzində İŞİD-lə döyüş: 5 ölü, 4 yaralı
Türkiyə polisi ölkənin mərkəzi hissəsində yerləşən Konya şəhərində anti-terror əməliyyatı keçirib. Əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının 5 döyüşçüsü öldürülüb.
Bağdadi ölməyib? - Pentaqonda MÜƏMMA
Xəbər verdiyimiz kimi, Rusiyanın Müdafiə Nazirliyi İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürüldüyünü açıqlamışdı. Bu ölkənin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı verdiyi açıqlamada “Bağdadini öldürdüyümüz qətidir” demişdi.
Azərbaycanın Argentinadakı səfirliyinin əməkdaşlarını ölümlə təhdid edən erməni peşman oldu
2016-cı ilin 4 aprel tarixində Azərbaycanın Argentinadakı səfirliyinin "Facebook" səhifəsi üzərindən səfirlik və əməkdaşlarını ölümlə təhdid edən Argentina vətəndaşı Leonid Stepanyan barəsində qanun çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün Argentinanın müvafiq dövlət qurumlarına müraciət edilib.
Argentina senatoru dinc azərbaycanlıların qətli ilə nəticələnən erməni təxribatını pislədi
Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado Füzuli rayonunda dinc insanların qətli ilə nəticələnən erməni təxribatını pisləyib.
İki nəfərin öldüyü otelin müdiri həbs edildi - İsmayıllıda
İsmayıllıda istirahət mərkəzində hovuzda dincələn zaman 4 turisti elektrik cərəyanı vurması haqda məlumat vermişdik. Məlumat verildiyi kimi, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən "Green House" istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaqəməliyyatı yerinə yetirilib.
Natavanın toy dəvətnaməsi - hamı bu geyimdə gəlməlidir
Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyulun 17-də toyudur. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçinin toyu "Neolit" restoranında baş tutacaq. Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün "dress-code" qeyd olunub.
MTRŞ sədrinin müavini: "Azərbaycan dünyanın əksər ölkələrindən öndədir"
"Əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkələrindən öndədir". Bunu yazdığı məqaləsində Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib.














