Türkiyənin mərkəzində İŞİD-lə döyüş: 5 ölü, 4 yaralı
Türkiyə polisi ölkənin mərkəzi hissəsində yerləşən Konya şəhərində anti-terror əməliyyatı keçirib. Əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının 5 döyüşçüsü öldürülüb.
12 İyul 2017 11:17 DünyaTürkiyə polisi ölkənin mərkəzi hissəsində yerləşən Konya şəhərində anti-terror əməliyyatı keçirib. Əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının 5 döyüşçüsü öldürülüb.
Daha 4 polisin yaralandığı bildirilir. Terrorçuların gizləndiyi evdə "Kalaşnikov" markalı 5 ədəd avtomat, bir tapança və böyük miqdarda döyüş sursatı aşkar edilib. Hazırda öldürülən İŞİD üzvlərinin şəxsiyyəti müəyyənləşdirilir. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31