Argentina senatoru dinc azərbaycanlıların qətli ilə nəticələnən erməni təxribatını pislədi

Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado Füzuli rayonunda dinc insanların qətli ilə nəticələnən erməni təxribatını pisləyib. 

Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado Füzuli rayonunda dinc insanların qətli ilə nəticələnən erməni təxribatını pisləyib. M.E.Labado tərəfindən Azərbaycan səfirliyinə daxil olan məktubda deyilir: "Füzuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüfümü ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31