Gündəm

"Göstərməliyik ki, meydanın sahibi kimdi" - Zaur Svanazde

11 İyul 2017 20:30

Bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Paytaxt klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburq təmsilçisi "Fola"nı qəbul edəcək. Oyun öncəsi təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis hədəflərinin qələbə olduğunu bildirib: "Onların bir komandası "Reyncers" kimi klubu mübarizədən kənarlaşdırıb. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibi qiymətləndirməmək səhv addım olardı. Həmişəki qaydada hazırlaşmışıq. Futbolçular özlərini yaxşı hiss edirlər və görüşü gözləyirlər. Ümid edirəm ki, uşaqlar arxayınlaşmayacaqlar".

Yeni displey tipi virtual reallıq eynəklərindən istifadə zamanı gözlərin yorulmasının qarşısını alacaq

11 İyul 2017 20:15

Çoxsaylı virtual reallıq şlemlərinin uğuru bu texnologiyanın daha kütləvi inkişafına imkan yaradır. Amma yeni texnologiyanın insana qeyri-adi hisslər yaşatmasına baxmayaraq, o, bəzi çatışmazlıqlara malikdir. Məsələn, virtual məkanda uzun müddət vaxt keçirmək gözlərin yorğunluğuna səbəb olur. İllinoys Universitetində çalışan alimlərin yeni həlli çıxış yolu ola bilər.

Prosessorların işi 30 faiz sürətlənəcək

11 İyul 2017 20:05

Bütün prosessorlar sistemin işi üçün lazımi məlumatların saxlanıldığı yüksəksürətli quraşdırılmış yaddaşa (“cache”) malikdir. Böyük və sürətli “cache” yüksək məhsuldarlıq deməkdir, lakin qeyd etmək lazımdır ki, çiplərin hamısı quraşdırılmış yaddaşdan səmərəli istifadə etmir. Massaçusets Texnoloji İnstitutunun alimləri “cache”in struktur sistemini hazırlamaqla bu problemi həll ediblər. Yeni sistem yubanmanı azaltmaq üçün məlumatın hansı yaddaş vahidində saxlanılmasını müəyyənləşdirir. Texnologiya “Jenga” adlanır (blokların qurulması üzrə eyniadlı stolüstü oyun şərəfinə).

Dünyada yeni kiberhücumlar barədə xəbərdarlıq edilib

11 İyul 2017 19:56

Dünya şirkətlərinin yaxın vaxtlarda yenidən ciddi kiberhücumlarla üzləşəcəyi gözlənilir. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin infrastruktur təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov “RİA Novosti” agentliyinə müsahibədə bildirib.

"Sevilya" Amavini transfer etmək fikrindən daşındı

11 İyul 2017 19:53

"Aston Villa"nın müdafiəçisi Jordan Amavinin "Sevilya" klubuna transferi baş tutmayıb.  Əndəlus təmsilçisi 23 yaşlı havbekin tibbi müayinə nəticələrindən narazı qalıb.

İreniuş Mamrot: "Rəqibimiz güclü komandadır"

11 İyul 2017 19:48

Azərbaycanın Avroliqadakı təmsilçisi "Qəbələ" turnirin 2-ci təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə oyuna hazırlaşır. Bu arada rəqibin baş məşqçisi İreniuş Mamrot klubun rəsmi saytına açıqlama verib.

Bu gün Ümumdünya şokolad günüdür

11 İyul 2017 19:45

Bu gün -11 iyul dünyada şokolad günü (World Chocolate Day) kimi qeyd olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu tarixin qeyd edilməsi ilk dəfə 1995-ci ildə Fransa tərəfindən təklif olunub.

ŞOK iddia: Alkoqol kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır

11 İyul 2017 19:40

Gündə iki dəfə spirtli içki içmək kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır. Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ABC NEWS xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır. Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.

Alimlər: Saçlar ən çox oktyabrda tökülür

11 İyul 2017 19:40

İsveç alimlərinə görə, payızın gəlişi təkcə havaların soyuması və yağışların çoxalması ilə müşayiət olunmur. Bir çox qadınların saçları məhz payız mövsümündə güclü tökülür. Məlumdur ki, bir saç tükü 2-6 il yaşayır. Bir saç follikulundan inkişaf edən tük 2-6 ay ərzində uzanır və sonra təxminən üç ay ərzində dincəlir.

"Qadınlar kişi olsaydılar, nə edərdilər?" - Sorğu

11 İyul 2017 19:35

Qadına istədiyini etmək imkanının verilməməsi ta qədim zamanlardan bir adət halını alıb. Sirr deyil ki, bu gün də qadınların qarşısına çox qadağalar qoyulur. Məhz elə bu qadağalara görə də qadınların çox vaxt şikayətləndiklərinin şahidi olur, "bəxtimiz olsaydı oğlan olardıq" deyimlərini eşidirik. 

Dani Alveş yeni klubunun adını açıqlayır

11 İyul 2017 19:30

"Yuventus"un sabiq müdafiəçisi Dani Alveşin yeni klubunun adı bu gün bəlli olacaq. Braziliyalı futbolçu iki klub arasında seçim etməli olacaq. Belə ki, "Mançester Siti" və PSJ ilə danışıqlar aparan 34 yaşlı sağ cinah oyunçusu bu gün yeni komandasının adını açıqlayacağını bildirib. Britaniya mətbuatı onun sabiq məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçəcəyini iddia etsə də, əksəriyyət Alveşin yeni komandasının PSJ olacağını proqnozlaşdırır.

“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb

11 İyul 2017 19:25

“Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan nasazlıqdan şikayətlənməyə başlayıblar. Problemin ciddi olmasına görə “Microsoft” korporasiyası onun mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb. Korporasiya nümayəndələrinin sözlərinə görə, əksər istifadəçilər qrup şəklində olan zənglərdə problemlərlə üzləşib, bəziləri dostlar siyahısına istifadəçilərin əlavə olunması zamanı ciddi yubanmalarla rastlaşıb. Həmçinin, istifadəçilər avtorizədə çətinliklərin yaranmasını və bildirişlərin göndərilməsinin qeyri-mümkünlüyünü qeyd ediblər.  

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

11 İyul 2017 19:23

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

Xoruldayan qadınlar qocalanda ağıllarını itirirlər

11 İyul 2017 19:20

Alimlərə görə xorultu xoşagəlməz hal olmaqla yanaşı, həm də sağlamlığa ziyandır. Xorultu özlüyündə ağciyərin hava ilə dolub boşalmasında müəyyən pozğunluğun yarandığını göstərir. Üstəlik, bir çox xoşagəlməz xəstəliklər törədir.

Alkoqolizmi narkotiklə müalicə etmək olar?

11 İyul 2017 19:16

Hallyusinasiya preparatı olan LCD-nin bir dozası xroniki alkoqolluqdan əziyyət çəkənlərə bu zərərli vərdişdən əl çəkməyə kömək edə bilər. Norveç Elm və Texnika Universitetinin alimləri 1960-cı ildə alkoqolizmin müalicəsi məqsədilə keçirilmiş 6 eksperimenti tədqiq ediblər. Onlar müəyyən ediblər ki, bir doza LCD hallyusinasiya maddəsi ilə müalicə edilən xəstələrin sayı ənənəvi yolla müalicə edilənlərdən artıqdır. 38 faizə qarşı 56 faiz.