İreniuş Mamrot: "Rəqibimiz güclü komandadır"
Azərbaycanın Avroliqadakı təmsilçisi "Qəbələ" turnirin 2-ci təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə oyuna hazırlaşır. Bu arada rəqibin baş məşqçisi İreniuş Mamrot klubun rəsmi saytına açıqlama verib.
11 İyul 2017 19:48 İdmanAzərbaycanın Avroliqadakı təmsilçisi "Qəbələ" turnirin 2-ci təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə oyuna hazırlaşır. Bu arada rəqibin baş məşqçisi İreniuş Mamrot klubun rəsmi saytına açıqlama verib. Mamrot bunları deyib: "Azərbaycanda çempionat çoxdan bitsə də, "Qəbələ"nin "Dinamo" və "Ludogorets"lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, rəqibimiz güclü komandadır. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Onlar böyük büdcəyə və yaxşı futbolçulara sahib klubdur. Onlar yay fasiləsində 9 futbolçu transfer ediblər. Ancaq bu komandanı gücləndirməyə kifayət etmir. Çünki yeni futbolçuların komandaya uyğunlaşmaq üçün vaxta ehtiyacları var. "Qəbələ"nin yeni transferlərinin hamısı start heyətində meydana çıxsa, bizim üçün daha yaxşı olar. Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması zaman tələb edir. Bu da bizə əlavə şans yaradır". Goal.az