Dani Alveş yeni klubunun adını açıqlayır
"Yuventus"un sabiq müdafiəçisi Dani Alveşin yeni klubunun adı bu gün bəlli olacaq. Braziliyalı futbolçu iki klub arasında seçim etməli olacaq. Belə ki, "Mançester Siti" və PSJ ilə danışıqlar aparan 34 yaşlı sağ cinah oyunçusu bu gün yeni komandasının adını açıqlayacağını bildirib. Britaniya mətbuatı onun sabiq məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçəcəyini iddia etsə də, əksəriyyət Alveşin yeni komandasının PSJ olacağını proqnozlaşdırır.
11 İyul 2017 19:30 İdman"Yuventus"un sabiq müdafiəçisi Dani Alveşin yeni klubunun adı bu gün bəlli olacaq. Braziliyalı futbolçu iki klub arasında seçim etməli olacaq. Belə ki, "Mançester Siti" və PSJ ilə danışıqlar aparan 34 yaşlı sağ cinah oyunçusu bu gün yeni komandasının adını açıqlayacağını bildirib. Britaniya mətbuatı onun sabiq məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçəcəyini iddia etsə də, əksəriyyət Alveşin yeni komandasının PSJ olacağını proqnozlaşdırır.
Qeyd edək ki, Dani Alveş ötən ilin yayında "Barselona"dan "Yuventus"a keçmişdi. Apasport.az