Bu gün Ümumdünya şokolad günüdür

Bu gün -11 iyul dünyada şokolad günü (World Chocolate Day) kimi qeyd olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu tarixin qeyd edilməsi ilk dəfə 1995-ci ildə Fransa tərəfindən təklif olunub.

Bu gün -11 iyul dünyada şokolad günü (World Chocolate Day) kimi qeyd olunur. Bu tarixin qeyd edilməsi ilk dəfə 1995-ci ildə Fransa tərəfindən təklif olunub.

Araşdırmalara görə, ilk şokolad asteklər tərəfindən hazırlanıb və ona "tanrıların qida"sı adı verilib. Şokolad Avropaya isə ispanlar tərəfindən gətirilib "qara qızıl" adı verilərək ondan fiziki güc və dözümlülüyü artırmaq üçün istifadə olunub. Hansı ki, ondan məhdud, yalnız kübar dairələr istifadə ediblər. Məşhur qadınlar şokoladı təbii afrodiziak adlandırıblar. Tereza Ana üçün şpkplad bir ehtiras idi. Xanım Pompadur isə əmin idi ki, yalnız şokolad ehtirası daha da alovlandıra bilər.

XX əsrdə şokolad geniş sənaye sahəsinə çevrildikdən sonra sadə insanlar da ondan dadmağa başladılar. Müasir elm görə də şokoladda istirahət və psixoloji bərpa elementlər var. Qara şokolad isə insana "xoşbəxtlik hormonları" bəxş edir. Bundan başqa şokoladın "anti-xərçəng" effekti verdiyi və yaşlanma prosesini yavaşlatdığı bildirilir. Alimlər yalnız şokoladın çəki azaltması fikri ilə razılaşmırlar. Çünki, şokolad zəngin yağ və koloriyə malik qidadır. Sia.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31