Azərbaycanın Argentinadakı səfirliyinin əməkdaşlarını ölümlə təhdid edən erməni peşman oldu
2016-cı ilin 4 aprel tarixində Azərbaycanın Argentinadakı səfirliyinin "Facebook" səhifəsi üzərindən səfirlik və əməkdaşlarını ölümlə təhdid edən Argentina vətəndaşı Leonid Stepanyan barəsində qanun çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün Argentinanın müvafiq dövlət qurumlarına müraciət edilib.
12 İyul 2017 11:14 Siyasət2016-cı ilin 4 aprel tarixində Azərbaycanın Argentinadakı səfirliyinin "Facebook" səhifəsi üzərindən səfirlik və əməkdaşlarını ölümlə təhdid edən Argentina vətəndaşı Leonid Stepanyan barəsində qanun çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün Argentinanın müvafiq dövlət qurumlarına müraciət edilib. Görülmüş tədbirlər nəticəsində Leonid Stepanyanın etdiyi hərəkətə görə peşmançılıq və üzrxahlıq məktubunun alınmasına nail olunub.
L.Stepanyan tərəfindən səfirliyə ünvanlanmış müraciətində deyilir: "Sizdən üzr istəmək məqsədilə Sizə müraciət etməkdən şərəf duyuram və bundan sonra Azərbaycan Respublikasının Səfirliyinə və Azərbaycan Respublikasının vətəndaşı olan istənilən bir şəxsə qarşı hər hansı bir etiraz ifadə etməyəcəyimə dair vəd verirəm". Trend.az