Hacı gecə klubuna getdi və səhərə qədər o xanımla əyləndi
Məşhur Sabancı ailəsinin böyük oğlu Hacı Sabancı Cem Yılmazın keçmiş həyat yoldaşı və model Ahu Yağtu ilə gecə səhərə qədər klubda əylənib.
12 İyul 2017 11:33 DünyaMəşhur Sabancı ailəsinin böyük oğlu Hacı Sabancı Cem Yılmazın keçmiş həyat yoldaşı və model Ahu Yağtu ilə gecə səhərə qədər klubda əylənib.
39 yaşlı model milyarder oğlu ilə rəqs edib və hər kəsin gözü qarşısında onunla öpüşüb. Onların əyləncə gecəsində aktrisa Farah Zeynəb Abdullah da iştirak edib.
Hacı Sabancı modellə məkandan səhər saat 05:00-də ayrılıb.
Xatırladaq ki, 30 yaşlı Hacı Sabancı 6 il sevgili olduğu 34 yaşlı aparıcı Özge Ulusoydan apreldə ayrılıb. Aparıcı sevgilisindən ayrıldıqdan sonra "Münasibətlərimizi bitirməyə qərar verəndə çox ağladım. Lakin sevgi acısına qalib gəlmək üçün daim çalışıram", - deyə bilmişdi. Publika.az