“Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” adlı tədbir keçiriləcək
Beynəlxalq Dialoq və İnkişaf Alyansı Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə əlaqədar olaraq tədbir keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub.
12 İyul 2017 12:05 SiyasətBeynəlxalq Dialoq və İnkişaf Alyansı Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə əlaqədar olaraq tədbir keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub. Bildirilib ki, "Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər" adlı tədbir iyulun 13-də baş tutacaq. Tədbirə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkə səfirləri, universitet rektorları, QHT və KİV nümayəndələri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31