Politoloq: “Bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər”

“Son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik. Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər”. Bunu  politoloq Zaur Məmmədov deyib.

"Son bir ayda Azərbaycana qarşı müəyyən qüvvələrin ciddi pressinqinin şahidiyik. Müxtəlif qüvvələr tərəfindən Bakıya təzyiq edərək müəyyən dividentlər almaq istəyirlər". Bunu  politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilərin cəbhədə hansı silahları yerləşdirmələrindən asılı olmayaraq ordumuz onlara tutarlı cavabı verəcək: "Bizə əks olan qüvvələr başa düşməlidirlər ki, əgər müharibə başlayarsa bu sıradan bir müharibə olmayacaq. Müxtəlif qüvvələrin qoşulacağı müharibənin nəticəsi bəzi dövlətlərin dağılması ilə nəticələnə bilər. Ona görə bizi nəyləsə qorxutmaq kimlərəsə baha başa gələ bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31