Teatr beynəlxalq festivala dəvət aldı
Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək. Teatr festivalda rejissor Anar Sadıqovun və əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa ilə iştirak edəcək. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.
12 İyul 2017 13:43 Teatr və kinoAvqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.
Teatr festivalda rejissor Anar Sadıqovun və əməkdar Artist Ayşad Məmmədovun "İuda" monopyesi əsasında hazırladığı tamaşa ilə iştirak edəcək. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.