Gündəm
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini ötüb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə cari ilin iyul ayında ötən ilin müvafiq dövrünə nisbətən 28,2 faiz (46,6 min müraciət) çox, yəni 212 020 dəfə müraciət edilib.
Keçmiş məhkumdan marixuana götürülüb
Bakı şəhər sakinindən narkotik vasitə açkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Məhəmmədovdan 19,922 qram heroin və 490 qram marixuana götürülüb.
Kafedə bıçaqlanma-ölən və yaralanan var
Qaradağ rayonunda fəaliyyət göstərən kafelərin birində kütləvi dava olub. DİN-dən verilən məlumata görə, avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib.
Teleradio məkanında ədəbi dil normaları ilə bağlı monitorinqlərin nəticələri açıqlandı
Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Nuşirəvan Məhərrəmli: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir
Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.
Sosial-iqtisadi inkişafın Azərbaycan modeli
Azərbaycan daha bir uğurlu inkişaf mərhələsinə qədəm qoyur. Əgər 2004-cü ildən icrasına başlanılan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları paytaxt Bakı və əyalətlərin inkişaf etdirilməsi, işsizlik probleminin aradan qaldırılması, yeni müəssisə və zavodların açılmasına xidmət edirdisə, hazırkı mərhələ 13 il ərzində yaradılmış infrastruktur əsasında Azərbaycanda müxtəlif sahələrin inkişaf etdirilməsi, yerli istehsalın artırılması və onun xarici bazarlara çıxarılmasına xidmət edir. Hər halda son illər ərzində baş verən proseslər, dövlət tərəfindən bu sahədə atılan addımlar belə deməyə əsas verir. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri çərçivəsində keçirdiyi görüşlər də məhz bu məqsədə xidmət edir. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir dövlət başçısı regionlara səfərləri zamanı həmin regionda ənənəvi sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirir. Və həmin müşavirələr ayrı-ayrı regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsində mühüm rol oynayır. Keçən il Sabirabad rayonu, bu il isə Saatlı və Yevlax rayonlarında pambıqçılığın, eləcə də qeyri-neft ixracatçılarının inkişaf etdirilməsinə, həmçinin bir neçə gün əvvəl şimal-qərb regionuna səfər zamanı Qax rayonunda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr də məhz bu məqsədə xidmət edirdi.
Dövlət başçısının uğurlu daxili siyasəti
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Abituriyentlərin təhsil haqqı problemi
Nəhayət, abituriyentlərin imtahan həyəcanı bitdi. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqladı. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Sərxoş sürücü əcnəbini vurub öldürdü
Avqustun 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatına görə, saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.
Məşhur aparıcıdan pis xəbər: qolları işləmir
TV 8-in məşhur aparıcısı Jess Molho idman edərkən zədələnib. 40 yaşlı aparıcı səhhəti ilə bağlı pis xəbəri sosial şəbəkə hesabından paylaşıb.
Stokholmda partlayış: yaralılar var
İsveç paytaxtının cənubunda Tronqsund rayonunda tikinti meydançasında partlayış baş verib. Yerli radio partlayış nəticəsində 6 nəfərin xəsart alması barədə xəbər verib.
Dünyanın ən təhlükəli cığırı - VİDEO
Huaşan dağı Çində daosizmin müqəddəs məkanlarından biri sayılır. 2154,9 metr yüksəliyə malik Huaşan dağı həm də Çində turistlər arasında ən populyar məkandardan biridir. Bu dağdakı "Daos yolu" adlı cığır isə çox təhlükəli, riskli yerdir.
Xəzərdə enerji ehtiyatlarının nəqli uğrunda mübarizə
Rusiya-Gürcüstan münasibətlərinin kəsişməsi regionda təhlükəsizliyin təmin olunmasına maneə yaradan amil kimi dəyərləndirilir. Xüsusən, regional iqtisadi layihələrin reallaşdırılmasında əngəl rolunu oynaya bilər.
Problemli kreditlər məhkəmə predmeti ola bilərmi?
Son vaxtlar cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də bankla onun müştərisi arasında yaranan problemdir. Xüsusilə, bu problem 2015-ci ildən etibarən, bir qədər də dəqiqləşdirsək milli valyutanın dəyərinin xarici valyutaya, konkret olaraq Amerika dollarına nisbətən ucuzlaşmasından sonra meydana gəldi. Bir-birinin ardınca baş verən devalvasiya prosesi bankla müştəri arasında ciddi mübahisə predmeti yaratdı ki, bir çox hallarda bu mübahisə predmeti məhkəmə çəkişmələrinə qədər gedib çıxdı. Bankların müştəriyə verdiyi krediti dolların yeni məzənnəsinə uyğun tələb etməsi ikincinin borcu qaytara bilməməsi ilə nəticələndi ki, tərəflər arasında yaranan bu gərginlik üçüncü tərəfi də vurdu.
Azərbaycan filmləri həftəsi
17-23 avqust tarixlərində Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan filmləri nümayiş olunacaq. Filmsevərlər Metro Park ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində “Oğlan evi 2”, “Naxox”, “Gecə qonağı”, “Niyə?”, “Pərdə” filmlərini izləmək imkanı olacaq.














