Azərbaycan filmləri həftəsi

17-23 avqust tarixlərində Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan filmləri nümayiş olunacaq. Filmsevərlər Metro Park ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində “Oğlan evi 2”, “Naxox”, “Gecə qonağı”, “Niyə?”, “Pərdə” filmlərini izləmək imkanı olacaq.

17-23 avqust tarixlərində Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan filmləri nümayiş olunacaq. Filmsevərlər Metro Park ticarət mərkəzində yerləşən kinoteatrda bir həftə ərzində "Oğlan evi 2", "Naxox", "Gecə qonağı", "Niyə?", "Pərdə" filmlərini izləmək imkanı olacaq.

Park Cinemanın marketinq üzrə direktoru Musa Axundov "Olaylar" - a  bildirib ki, onlara bu barədə dəfələrlə müraciətlər daxil olub.
"Biz müştərilərimizin istəyini daim nəzərə almağa çalışırıq. Onlar mütəmadi olaraq bizə müraciət edirdilər ki, azərbaycan filmərini yenidən kinoteatrda göstərək. Biz də bunları nəzər alaraq, 17-23 avqust tarixləri arasında Metro Park ticarət mərkəzində yerləşən kinoteatrımızda yerli filmləri nümayiş etdirəcəyik. Öz dilimizdə film seyr etmək və milli kinomuza dəstək olmaq istəyənləri Park Cinemada görməyə şad olarıq", deyə Musa Axundov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31