Gündəm

Göldə batan şəxsin cəsədi tapılib

15 Avqust 2017 15:03

Avqustun14-də Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində suni göldə batmış 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin cəsədi tapılıb.  “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdiği yerdən bu gün tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:47-də başa çatıb.

Siqaret qaçaqmalçıları ifşa olundu

15 Avqust 2017 15:01

Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.

Avtomobil oğrularının qolları qandallandı

15 Avqust 2017 14:58

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Büdcə kəsirlə icra olunub

15 Avqust 2017 14:57

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9410,7 mln. manat vəsait daxil olub. Dövlət Statistika Komitəsindən “Olaylar”a  verilən məlumata görə, büdcədən 9765,6 mln. manat vəsait xərclənib.

Evlərə qənim kəsilən dəstə zərəsizləşdirilib

15 Avqust 2017 14:56

Yasamal rayonu ərazisindəki evlərdən birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

Ağcabədidə avtomobil təmir sexi yanıb

15 Avqust 2017 14:54

Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycanda siyasi partiyaların fəaliyyəti siyasi plüralizmin göstəricisidir

15 Avqust 2017 14:51

Sirr deyil ki,  Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardan hesab olunur. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir. Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan.

Həbsxanada məhkum kamera yoldaşını boğub öldürdü - VİDEO

15 Avqust 2017 14:47

Türkiyənin Denizli vilayətində həbsxanada iki məhbus arasında baş verən dava zamanı 25 yaşlıEmre İregör eyni kamerada qaldığı başqa bir məhkum tərəfindən boğularaq öldürülüb.  İregörün cansız bədəni digər məhkumlar tərəfindən aşkar edilib.

Tanınmış model gecə saatlarında yeni sevgilisi ilə tutuldu - Utandı

15 Avqust 2017 14:46

ABŞ-lı model Kendall Cennerin basketbolçu sevgisi davam edir. Əvvəl "Leykers"in oyunçusu olan Cordan Klarislə eşq yaşayan Kendall ötən axşam yeni sevgilisi NBA ulduzu Bleyk Qriffinlə görüntülənib.

Öz anası tərəfindən satılan qız: "Evimiz fahişəxana idi"

15 Avqust 2017 14:43

Türkiyədə bir ailənin dramı eşidənləri dəhşətə gətirib.  Adı gizli saxlanılan qız anası və atası tərəfindən bir neçə dəfə fahişəliyə məcbur edildiyini söyləyib. Dəhşət dolu reportajda saytın əməkdaşı bir qızın valieyinləri tərəfindən başına gətirilən amansız hadisədən danışıb: "18 yaşı yeni tamam oldu. Adını verə bilmirəm, hazırda dövlət himayəsindədir. O, öz anası tərəfindən fahişəliyə məcbur edilir. Valideyinləri böyük qadın alveri şəbəkəsiylə əlbirdir. Və öz övladlarını qurban verməkdə pis bir şey görmürlər, eyni şəkildə bacılarını da...

Çingiz Hüseynzadə: Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu

15 Avqust 2017 14:41

"Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu". Bunu mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O qeyd edib ki, yüngül atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir: "Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı.

Elektrik enerjisinin əldə olunması üçün sürətli üsul icad edildi

15 Avqust 2017 14:39

ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir.  Alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar. Belə ki, alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.

Rikardinyo: "Azərbaycanda bu cür dəstəyə həsrət idik"

15 Avqust 2017 14:35

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Rikardinyonun İngiltərə 1-ci liqa təmsilçisi (səviyyəcə 3-cü liqa) "Oskford Yunayted"lə anlaşması barədə məlumat vermişdik.

Pakistanda sərhədçilərə hücum - 7 ölü

15 Avqust 2017 14:33

Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub. Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.

Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı

15 Avqust 2017 14:32

11-13 avqust tarixlərində Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi edib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib.