Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəməri ilə neft ixracını bərpa edib – ÖZƏL
15:52 DünyaOlaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı sentyabrın 11-də PUA hücumları səbəbindən fəaliyyəti dayandırılan strateji "Şərq-Qərb" neft kəməri vasitəsilə ixracı bərpa edib.
"Bloomberg"in məlumatına görə, dövlətin "Saudi Aramco" şirkəti keçən həftə boru kəmərinin işini uğurla sınaqdan keçirərək xaricə nəqliyyata başlayıb. Bundan əvvəl krallığın Xarici İşlər Nazirliyi infrastruktura zərbələrin İraq ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31