Pakistanda sərhədçilərə hücum - 7 ölü
Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub. Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.
15 Avqust 2017 14:33 DünyaPakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub. Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.
Pancqur bölgəsində isə atışma zamanı bir sərhədçi həlak olub, iki nəfər yaralanıb. Hadisələrlə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31