Belçika Rusiyaya qarşı mümkün müharibəyə hazırlaşır- ÖZƏL
13:28 DünyaBelçika Rusiyaya qarşı mümkün hərbi münaqişəyə hazırlaşmaq məqsədilə müdafiə xərclərini artıracaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi, general Frederik Vansina RTL telekanalına müsahibəsində bildirib.
O, Belçika ordusunun hazırda belə bir münaqişəyə hazır olmadığını, lakin hazırlıq prosesinin sürətləndirildiyini qeyd edib. General bunu son 35 ildə müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmaması ilə əlaqələndirib.
Vansinanın sözlərinə görə, müdafiə büdcəsinin artırılması davam edərsə, Belçika və digər Avropa NATO ölkələri 2035-ci ilədək ABŞ-ın dəstəyi olmadan da Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq imkanına malik ola bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31