Rubinyan: Ermənistan Rusiyaya qarşı deyil, sadəcə dəmir yolu təcridindən çıxmaq istəyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında dəmir yolları konsessiyası məsələsini şərh edərkən bildirib ki, İrəvan Rusiyaya qarşı köklənməyib, sadəcə mövcud təcriddən çıxmağa və tranzit ölkəyə çevrilməyə çalışır. Onun sözlərinə görə, Ermənistan dəmir yollarının Rusiya konsessiyasında olması və Rusiya şirkətlərinin sanksiyalar altında qalması ölkənin tranzit imkanlarını əldən verməsi və iqtisadi zərərlə üzləşməsi riskini yaradır. Spiker həmçinin qeyd edib ki, dəmir yollarının yenilənməyə ehtiyacı var, lakin Rusiya tərəfi bunu gəlirli hesab etmədiyi üçün müvafiq işlərə maraq göstərmir.

Məsələnin siyasi deyil, sırf iqtisadi xarakter daşıdığını vurğulayan Rubinyan İrəvan və Moskva arasında müzakirələrin aparılmasını müsbət qiymətləndirib və yaxın vaxtlarda nəticə əldə olunacağına ümid etdiyini deyib. O, baş nazir Nikol Paşinyanın dekabrda Rusiyaya "barışıq gündəliyi" ilə gedəcəyi barədə sualı da təkzib edərək, Ermənistanın heç kimlə küsülü olmadığını və tərəfdaşlarla qarşılıqlı maraqlar əsasında işlədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31