Gündəm
Keçən ay 2803 əcnəbi tərəfindən inzibati qanunvericlik pozulub
Cari ilin iyul ayı ərzində Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib.
Dünyada ərzaq məhsullarının qiyməti qalxır
“Bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır. Bu, heç də yaxşı tendensiya deyil”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür: “Nəzərə alsaq ki, bu, ölkəmizdə məhz valyuta gəlirlərimizin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunu hələ yenicə inkişaf etdirmək istədiyimiz bir dövrə təsadüf edir, bizim üçün daha böyük çətinliklər gözlənilir.
Evə basqın edən şəxs həbs edilib
Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Üçəmlərin sayı 27-yə çatdı
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.
Bu il 7 mindən çox nikah pozulub
2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.
İranla sərhəd keçmə prosedurlarının asanlaşdırılması məsələsi müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti cənab Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, İranın nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahimi və digər nümayəndələrdən ibarət olub. Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
DSM Xəzərdə genişmiqyaslı təlim keçirib
“Xəzərin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.
Dünya çempionatında iştirak edəcək heyət açıqlandı
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, artıq mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri məlumdur. Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.
Bitkiçilik məhsullarının qiyməti ucuzlaşıb
2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.
Komaya düşən Elçin Əlibəylinin xanımı: "Hazırda həkimlərin nəzarəti altındadır”
Teleaparıcının həyat yoldaşı Dilrubə Əlibəyli açıqlamasında xəbəri təsdiqləyib: "Bir müddət idi ki, Elçin pəhriz saxlayırdı, yalnız düyü yeyirdi. Sən demə, düyü onun səhhətinə pis təsir edib. Öd kisəsində ağrılar başladı. İki həftə əvvəl xəstəxanaya getdik, dedilər ki, düyü öd kisənə ziyandır, daha yemə. Dünən gecə Elçinin halı qəfildən pisləşdi, güclü ağrılar başladı. Tez tanış həkimə zəng vurduq, o dedi ki, təcili əməliyyat olunmalıdır.
Düşmən generallarından ŞOK ADDIM: bu bölgənin İŞĞAL PLANINI CIZDILAR
Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib. Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir. Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Metin Gürcan qalmaqallı xəritə ilə bağlı Tvitterdə açıqlama yayıb.
Məşhur müğənnidən canlı yayımda BİABIRÇI SÖZLƏR: “İt kimi...” - VİDEO
Türkiyəli müğənni Demet Akalının evinə icra nümayəndələrinin gəlməsi gündəmi alt-üst etmişdi. İfaçının həyat yoldaşı Okan Kurtun 32 milyon 845 min lirə borcunun iddia olunurdu. Bununla bağlı Beyaz Tv-də yayımlanan proqrama telefonla bağlanan ifaçı canlı yayımda əsəbi sarsıntı keçirib.
Metro stansiyasında PARTLAYIŞ
İngiltərənin paytaxtı London şəhərində yanğın həyəcanı yaşanılıb. “Olaylar” bildirir ki, Londonda yerləşən Holborn metro stansiyası yanğın səbəbiylə boşaldılıb. Daha sonra metro stansiyasında partlayış səsi eşidildiyi bildirilir. Yanğın səbəbi ilə stansiyanın bağlandığı, dumanın artdığı deyilir.
Ədəbiyyatı Muzeyinə turist axını
6 ay ərzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini müxtəlif ölkələrdən 4705 turist ziyarət etdiyi açıqlanıb. “Olaylar” bildirir ki, muzeyin ekspozisiyası üzrə 735 izahat aparılıb. İzahatların 314 – ü Azərbaycan dilində, 156 – sı rus dilində, 95 –i ingilis dilində, 108 –i fars dilində, 46 – sı ərəb dilində olub.
1 ailənin 3 üzvünün yaralandığı qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO
Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Qaxa doğru hərəkət edən "Lexus" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar.














