Evə basqın edən şəxs həbs edilib

Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Teymur Hüseynov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31