Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar (FOTO)

Spartan Aeronavtika və Texnologiya Kolleci (Spartan) və Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) Azərbaycanın yeni nəsil aviasiya texniki xidmət mütəxəssislərinin hazırlanması məqsədilə Əməkdaşlıq haqqında Saziş imzalayıblar.

MAA-dan bildirilib ki, sazişə əsasən, Azərbaycan tələbələri Spartan-ın Aviasiya Texniki Xidmət Texnologiyası (Aviation Maintenance Technology - AMT) üzrə hibrid proqramına qəbul olunacaqlar.

Proqramın tələblərini uğurla başa vuran tələbələr "Spartan"ın Oklahoma ştatının Tulsa şəhərində yerləşən kampusu tərəfindən verilən Tətbiqi Elmlər üzrə Assosiasiya (Associate of Applied Science - AAS) dərəcəsini əldə edəcəklər.

"Müasir aviasiyanın inkişaf etdirilməsi Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Elmi tədqiqatların və yeni texnologiyaların inteqrasiyası ilə yanaşı, ixtisaslı işçi qüvvəsinin hazırlanması da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Tələbələrimizə yalnız yüksək səviyyəli peşə hazırlığı deyil, həm də Spartan kimi tərəfdaşla beynəlxalq təcrübə əldə etmək imkanının yaradılması bizim üçün böyük əhəmiyyət və maraq kəsb edir", - MAA-nın rektoru, akademik Arif Paşayev vurğulayıb.

"Aviasiya Texniki Xidmət (AMT) proqramı Azərbaycanda, MAA-nın kampusunda həyata keçirilən, interaktiv məzmunla dəstəklənən 13 aylıq onlayn tədris kursunu, həmçinin 8 aylıq praktiki laboratoriya təlimini birləşdirir. "Spartan"ın Tulsa və "Broomfield" kampusları arasında bağlanmış konsorsium sazişinə əsasən, praktiki laboratoriya hissəsi Kolorado ştatının Broomfield şəhərində həyata keçiriləcək. Burada tələbələr təcrübəli və FAA tərəfindən sertifikatlaşdırılmış təlimatçıların rəhbərliyi altında birbaşa hava gəmiləri, mühərriklər və onların komponentləri üzərində praktiki iş aparacaqlar. Təhsili başa vurduqdan sonra tələbələr FAA Airframe and Powerplant (A&P) imtahanlarına buraxılmaq hüququ əldə edəcəklər. Tələbələr Bakıya qayıtdıqdan sonra MAA-da Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilən və təxminən 2 ay davam edən uyğunlaşdırma (conversion) kursunda iştirak edəcəklər. Bunun ardınca əlavə tip üzrə reytinq (type rating) təlimi keçiriləcək. Sözügedən əlavə təlim Spartan-ın tədris proqramına daxil deyil və Spartan tərəfindən əlaqəli şəkildə həyata keçirilmir", - deyə "Spartan Education Group" şirkətinin baş icraçı direktoru Robert Polston bildirib.

Daha sonra Robert Polston əlavə edib: "Sertifikatlaşdırılmış aviasiya texniki xidmət mütəxəssislərinin etibarlı kadr təminatı xəttinin strateji əhəmiyyətini dərk edən aviaşirkətlər uzunmüddətli inkişaflarını daha yaxşı təmin edə biləcəklər. MAA ilə əməkdaşlıq haqqında sazişimiz bu istiqamətdə mühüm addımdır. Proses hazırda "Silk Way Group" və AZAL-da çalışan texniki mütəxəssislərin hazırlanmasından başlayır. Bu tərəfdaşlıq Azərbaycan aviasiya işçi qüvvəsini gücləndirən uzunmüddətli və strateji münasibətlərin inkişaf etdirilməsinə qarşılıqlı sadiqliyimizi əks etdirir".

"Bu əməkdaşlıq Azərbaycanın nəqliyyat infrastrukturunun, o cümlədən aviasiya sektorunun daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib.

Tərəflərin bir araya gətirilməsində mühüm rol oynamış ALG Transportation Group şirkətinin təsisçisi və baş icraçı direktoru Fərhad Azima bildirib: "Bu əməkdaşlıq Azərbaycan aviasiya təhsilinin beynəlxalq səviyyədə inkişaf etdirilməsində və yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq".

Bu təşəbbüsü dəstəkləyən və imzalanma mərasimində iştirak edən digər yüksək səviyyəli nümayəndələr sırasında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və elm və təhsil nazirinin müavini Firudin Qurbanov da olub.

İlk tələbə qrupunun təhsil xərcləri "Silk Way Group" tərəfindən - baş icraçı direktor Zaur Axundov və baş əməliyyat direktoru Onno Pietersma tərəfindən, həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən - İdarə Heyətinin sədri Samir Rzayev və baş texniki direktor Scott McConnell tərəfindən maliyyələşdirilir. "Spartan" tərəfini isə baş icraçı direktor Robert Polston, strategiya və inkişaf üzrə icraçı vitse-prezident Daniel Bregman və direktorlar şurasının üzvü, kapitan David Bourne təmsil ediblər.

İlk tələbə qrupu 61 nəfərdən ibarətdir. Hazırda tələbələr ADA Universitetində texniki aviasiya istiqaməti üzrə intensiv ingilis dili hazırlığı kursunda iştirak edirlər. Tələbələr Spartan Aeronavtika və Texnologiya Kollecində qeydiyyatdan keçdikdən sonra 16 noyabr tarixindən AMT proqramı üzrə təhsilə başlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31