Gürcüstan XİN başçısı Aİ ilə görüşlərdə iştirak şərtini açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında Tbilisinin Avropa İttifaqı (Aİ) ilə münasibətlərə və Brüsseldə planlaşdırılan tədbirlərdə, o cümlədən bağlılıq məsələləri üzrə nazirlər görüşündə (ministerialda) iştirakına dair mövqeyini bildirib. Nazir qeyd edib ki, Gürcüstan avrointeqrasiyaya siyasi spekulyasiyalar üçün alət kimi baxmır və bu görüşlərdən spekulyasiya məqsədilə istifadə edilməsinə imkan verməyəcək.

Maka Boçorişvilinin sözlərinə görə, Gürcüstan Avropa İttifaqı ilə dialoqu heç vaxt dayandırmayıb və müxtəlif formatlarda iştiraka hazırdır, lakin bunun üçün ölkə görüşün keçirildiyi müvafiq səviyyədə dəvət olunmalıdır. O vurğulayıb ki, əgər tədbir nazirlər səviyyəsində keçirilirsə, ora məhz nazir dəvət edilməlidir və bundan aşağı səviyyədə keçirilən görüşlərdə iştirak Gürcüstan tərəfindən nəzərdən keçirilmir. Nazir Aİ tərəfinin müvafiq səviyyədə iştiraka hazır olacağı təqdirdə Gürcüstanın bütün tədbir və dialoqlara qatılacağını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31