Serbiya Aİ-yə üzvlük prosesini sürətləndirməyi planlaşdırır- ÖZƏL
12:29 DünyaSerbiyada keçirilən parlament seçkilərində qalib gələn Tələbə Siyahısı təşkilatı ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesini sürətləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Aleksandar Baukal Brüsseldə keçirilən Aİ Genişlənmə Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Serbiyanın əsas strateji məqsədlərindən biri Aİ-yə üzvlük üçün zəruri olan qanunun aliliyi sahəsində islahatları sürətləndirmək, xüsusilə də 23 və 24-cü fəsillər üzrə aralıq meyarların icrasını təmin etməkdir. Baukal qeyd edib ki, təşkilat Serbiyanın Avropa İttifaqı və onun üzv dövlətləri üçün etibarlı tərəfdaş olmasını istəyir. Məlumatı "Euronews" yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31