Gündəm
Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirildi
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.
Bakıda avtobus sürücüsündən özbaşınalıq: qulağında telefon avtobusu qapısı açıq sürür - VİDEO
Bakıda avtobus sürücüsü qaydaları pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb. Bu barədə sərnişinlər məlumat veriblər.
Dəhşətli qətlin sirrini "38" ölçülü ayaqqabı ilə açmağa çalışacaqlar - VİDEO
İzmirdə ötən gün gecə saatlarında ərazidən keçən vətəndaşlar tərəfindən bir cəsəd tapılıb. Məlum olub ki, cəsəd başına sərt bir alətlə vurularaq öldürülmüş 30-35 yaşlı qadına məxsusdur. Qorxunc qətl hadisəsi cəsədin yanında tapılan "38" ölçülü parlak gümüşü rəngli ayaqqabı ilə araşdırılacaq.
Azərbaycan maraqları Çexiyada müdafiə ediləcək
"Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan milli mövqeyinin Çexiya mediasında işıqlandırılmasının təşkili” layihəsinə start verib.
Rusiya kəşfiyyatı Krımı yandırmaq istəyən agenti tutdu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir. Şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir.
Idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıb
Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçirilir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, festivalda iştirak edən idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıblar. Yarışlar davam edir.
Uşaq evlərində oftalmoloji müayinələr keçirilib
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, müayinələr uşaq evlərindəki sağlamlıq imkanları məhdud şəxsləri və sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.
Məşhur teleaparıcı komadadır - Elçin Əlibəylidən xəbər var
Tanınmış teleaparıcı Elçin Əlibəyli əməliyyat masasında komaya düşdü. Teleaparıcının şəkər xəstəliyi olduğundan əməliyyat ona pis təsir edib. Hazırda koma vəziyyətindədir.
Nazirin qardaşı danışdı- Zərərçəkənin vəkili Ceyhun Yusifov məsuliyyətə cəlb oluna bilər
Tanınmış vəkil İmaməli Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə zərərçəkmiş Əlikram Camalov barəsində yayılan məlumatlarla bağlı mediaya müraciət ünvanlayıb.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti qəbul avqustun 15-də keçirilib.
Əhalinin sayı 10 milyonu haqladı
Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq9850077 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Politoloq: “Rusiyanı Dağlıq Qarabağ məsələsində mövqeyini əyri göstərən Rusiya XİN-dir”
Ermənistan elə hesab edir ki, Rusiyaya qarşı mübarizə aparmaq gücündədir. Son zamanlar Ermənistan Rusiyaya qarşı bu yolu seçib. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ Ermənistanın bu addımlarına inanır.
Mustafa Sandalla xanımının olduğu yaxta qayalıqlara çırpıldı
Müğənni Mustafa Sandalla həyat yoldaşı Emina Sandal qəza keçirib. Cütlüyün olduğu yaxta qayalıqlara çırpılıb. Bodrumda baş vermiş hadisə yaxtada olanlara qorxu dolu anlar yaşadıb. Mustafa ilə Emina xilasedici qayıqlarala sahilə çıxarılıblar. Yaxta isə təmir olunmaq üçün tərsanəyə aparılıb.
Moskvada kuryoz quldurluq: Azərbaycanlı və erməni birləşib...
Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb. 43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya “Volvo” markalı yük maşınıyla mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara “Volksvagen” markalı maşında iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşının tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.
Müharibənin əsas təşəbbüskarından geri addım
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman Yəmən müharibəsindən çıxmaq istəyir. Bu haqda iki amerikalı diplomatın mediaya sızan məktublarında deyilir. Səudiyyə şahzadəsi 2015-ci ildə Yəməndə ərəb koalisiyasının başladığı “Qətiyyətli fırtına" əməliyyatının əsas təşəbbüskarlarından biri idi. ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İnduk və BƏƏ-dəki səfiri Yousef Otaiba arasındakı elektron yazışmalara görə, “praqmatik lider” adlandırılan şahzadə Yəməndən çıxmaq istəyir.














