Idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıb

Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçirilir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, festivalda iştirak edən idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıblar.  Yarışlar davam edir. 

Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçirilir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, festivalda iştirak edən idmançılarımız ayrı-ayrı idman növləri üzrə 18 medal qazanıblar.  Yarışlar davam edir. 
Sambo idman növü üzrə idmançılarımız 4 medal qazanıblar ki, bunlarda 2-si qızıl, 1-i gümüş, 1-i isə bürüncdür. Mas-restlinq idman növü üzrə idmançılarımız 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.  Kəmər güləşi idman növü üzrə isə idmançılarımız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanmışlar. Bugün kəmər güləşi üzrə daha 3 idmançımız mübarizəyə qoşulacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31