Rusiya kəşfiyyatı Krımı yandırmaq istəyən agenti tutdu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir. Şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir.
15 Avqust 2017 13:23 DünyaRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir. Şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir. Məlumata görə, diversiya aktları "yarımadanın infrastruktur obyektləri və həyat təminatına qarşı" hazırlanırdı. Agent, xüsusi halda, Sudak-Novıy elektrikötürücü xəttini yararsız vəziyyətə salmalı və yanğın yolu ilə meşə massivlərini məhv etməli idi. Saxlanılan şəxs Xarkov vilayətinin sakini Genadi Lemeşkodur. O daha əvvəl Donbasda silahlı konflikt zonasında böyük kəşfiyyatçı idi. Publika.az TASS agentliyinə istinadən xəbər verir.