Sərxoş sürücü əcnəbini vurub öldürdü
Avqustun 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatına görə, saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.
15 Avqust 2017 15:24 KriminalAvqustun 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatına görə, saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi "Oka" və naməlum sürücünün idarə etdiyi "London Taxi" markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə ""London Taxi" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib. Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.