Gündəm
Aktrisa tanınmayacaq dərəcədə dəyişdi
Aktrisa Burçin Terzioğlu imicini dəyişib. "Küçük cinayetler" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa botoks etdirərək, üzünü vitamin iynələri ilə canlandırıb.
Məşhur ər-arvad eyni məkanda ayrı-ayrılıqda BUNU ETDİ
Son günlər boşanma xəbərlərilə gündəmdə olan türkiyəli məşhur cütlük Murat Dalkılıç və Merve Boluğur Çeşmədə istirahət edir. Onlar eyni tətil məkanında olsalar da, yan-yana gəlməyiblər. Belə ki, Murat Dalkılıç səhnədə sevənləri ilə vaxt keçirərkən, Merve isə dostları ilə yaxta gəzintisinə çıxıb. Cütlüyün aralarındakı məsafəni tətil vaxtı belə qoruması isə ayrıldıqları barədə iddiaları daha da gücləndirib.
Nazirlik sədr müavinini cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.
Putin hərbi büdcənin ixtisarından danışdı
2018-ci ildə federal büdcə müdafiə xərclərinin ixtisarını nəzərdə tutur. Bunu Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyevlə görüşdə prezident Vladimir Putin deyib. Amma bu ordu və donanmanın yenidən təchizatı üzrə planlara təsir etməyəcək. “Mən xatırlatmaq istəyirəm, növbəti il müdafiə xərclərinin ixtisarının hesabına büdcənin əhəmiyyətli ixtisarı nəzərdə tutulur.
Ehtiyatlı olun, apteklərdə TƏHLÜKƏ - Nazirliyə xəbər verildi
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkə hesabında ona ünvanlanan ərizəyə diqqəti yönəldib.
Moskvada 5 mərtəbəli bina yanır - Sakinlər təhlükədə
Moskvanın mərkəzində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə "TASS" şəhər fövqəladə xidmətinə istinadən xəbər yayıb. Məlumata görə, yanğın 5 mərtəbəli binanın 3-cü mərtəbəsində müşahidə edilir.
Muzeydə sərgi
Sentyabrın 5-21 – də Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. “Olaylar” bildirir ki, sərgidə müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq.
“Kaytaq” tikməsi üzrə ustad dərslər təşkil olunacaq
Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir. “Olaylar” bildirir ki, sentyabrın 5-21 – i tarixlərində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq.
Dini Komitə Qaxda regional konfrans keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Abbasov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”nin önəminə toxunub. O qeyd edib ki, İslam həmrəyliyi dedikdə Prezidentimizin bu ideyaya daxil etdiyi həssas və dərin mətləbləri nəzərə almalıyıq. İ.Abbasov bildirib ki, bu son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Natiq, eyni zamanda “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda həyata keçirilən konfrans, seminar, maarifləndirmə tədbirləri, eləcə də islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib.
Atasına dovğanın içində narkotik ötürmək istədi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Firdovsi Umudov: “Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir”
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb. Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Daha17 dövlət əmlakı özəlləşdirilib
Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir.
Sahibkarlara 4300-dən artıq lisenziya verilib
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.
Qohumunu zorlayaraq şantaj edən şəxs həbs edilib
Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu–Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaqla həmçinin M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.
“Skaut Konfransının Bakıda keçirilməsi gənclərə qayğı siyasətinin nəticəsidir”
“Bakı bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün münasib yer sayılır. Bu da Azərbaycana dünya ictimaiyyəti və siyasi dairələr tərəfindən verilən qiymətdir”. Bu fikirləri politoloq İlqar Vəlizadə Bakıda keçirilən və 157 ölkənin təmsilçisinin qatıldığı Dünya Skaut Konfransından danışarkən deyib.














