Gündəm

Ermənistan Rusiyadan uzaqlaşır

15 Avqust 2017 17:44

Ermənistanda anti-Rusiya meyilləri ən pik həddə çatıb. İşğalçı ökənin siyasi partiyalarında İrəvanın Moskvanın təsirindən çıxması üçün geniş kompaniya başladılıb. Hətta iqtidar yönümlü siyasilər də Kremlə qarşı aparılan kompaniyaya dəstək verməkdədir. Birinci hədəf Ermənistanın Avrasiya Birliyindən çıxmasıdır. Düşmən ölkəninn siyasi dairələrində Sarkisyanın hakimiyyətini saxlamaq üçün məcburi şəkildə bu quruma qoşulduğu, Avrasiya Birliyinin Ermənistan üçün yenmi faciənin başlanğıcı olduğu deyilir. Hətta Azərbaycanın xarici siyasət kursun Ermənistanda tətbiqi də gündəmə gəlib.

Zidan: "Ronaldoya verilən cəza çox ağırdır"

15 Avqust 2017 17:39

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştianu Ronaldunun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib. O, bu cəzanın yanlış olduğunu deyib: "Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldu oynamaq istəyir. O, meydanda çıxmamaqdan məmnun deyi. Ümid edirəm ki, komitə vəziyyətə baxacaq".

İtaliyanın iri şirkəti Azərbaycanda fındıqçılığın inkişafına dəstək göstərə bilər

15 Avqust 2017 17:37

İtaliyanın məşhur "Ferrero" şirkəti Azərbaycanda fındıqçılığın inkişafına dəstək göstərə bilər. Bu məsələ şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov arasında keçirilən görüş zamanı müzakirə olunub.

Amerikalı aktrisa Kıvanç Tatlıtuğla filmə çəkilmək istəmədi

15 Avqust 2017 17:32

Aktyor Kıvanç Tatlıtuğun Amerikada çəkiləcəyi film üçün aktrisa Keti Holmsa təklif irəli sürülüb.  Amerikalı aktrisa "Kıvanç kimdir?" deyərək filmdə çəkilmək təklifini rədd edib. Ekran işinin çəkilişlərinə ayın sonunda başlanacağı deyilsə də, Tatlıtuğla çəkiləcək tərəf müqabil tapılmır. Tom Kruzun keçmiş həyat yoldaşı Keti məhz aktyoru tanımaması səbəbindən onunla eyni layihədə olmaq istəməyib. 

Goranboyda taxıl sahəsi yanıb

15 Avqust 2017 17:26

Goranboyda taxıl sahəsində yanğın baş verib.  FHN-dən verilən məlumata görə, rayonun Aşağı Ağcakənd kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Qəbələ" akademiyasının komandaları yeni mövsümə hazırlaşır

15 Avqust 2017 17:24

"Qəbələ" futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını davam etdirir. Akademiya 2017/18 mövsümündə U-19, U-17, U-16, U-15 və U-14 liqalarında bir, U-13, U-12, U-11, U-10 liqalarında iki komanda ilə təmsil olunacaq.  Həmçinin U-9 və U-7 komandaları da yay fasiləsinə son verib. Onlar məşqlərə avqustun 2-də start veriblər.

Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADI

15 Avqust 2017 17:22

Rusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir. Analitik mərkəzi qeyd edir ki, Moskva bunu hibrid metodlardan istifadə edərək reallaşdırmağa çalışacaq, çünki hərbi müdaxilə ağlasığmazdır.

"Xalqımız xoşbəxtdir, yoxsulluq səviyyəsi aşağıdır, ölkəmizi daha böyük uğurlar gözləyir"- Deputat Rövşən Rzayev

15 Avqust 2017 17:09

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş  “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı barədə  fikirlərini açıqlayıb.

Ermənistanda əsgərin meyiti əmisinin evindən tapıldı

15 Avqust 2017 17:07

Erməni hərbi qulluqçu Abas Sloyan Şirak vilayətinin Hatsik kəndində asılmış vəziyyətdə tapılıb. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan hərbi qulluqçunun ölümü ilə bağlı yayılan məlumatı təsdiqləyib.

AFFA "Sumqayıt"ı cərimələdi

15 Avqust 2017 17:05

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda avqustun 14-də Premyer Liqanın I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul edilib.

Kərimdən övladı barədə danışanlara SƏRT SÖZLƏR: “Gedin...”

15 Avqust 2017 17:03

Tanınmış ifaçı Kərim Abbasov oğlanları ilə gündəmə gəlib. Buna səbəb onun ikinci oğlu Yusiflə fotolar paylaşıb, böyük oğlu Səidi isə diqqətdən kənarda qoyması olub. Yayılan söz-söhbətə instaqram hesabında açıqlama gətirən Kərim bunları yazıb: “Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir.

Körpələrə bunları ƏSLA ETMƏYİN, yoxsa... - 10 vacib MƏQAM

15 Avqust 2017 17:02

Dünyaya yeni gəlmiş körpə möcüzəyə bənzəyir. Onu qucaqda saxlamaq isə olduca məsuliyyətli və zövqlüdür. Lakin unutmayaq ki, yol verdiyimiz bəzi yanlışlar gənc valideynlərin narahatlığına səbəb olur.

"Dəmirçi Plaza"da qətl: "Oğlumun başı darmadağın olub, məsciddə yuyanlar dedilər ki..."

15 Avqust 2017 17:00

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirçi Plaza"da qəsdən adam öldürməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, qətl hadisəsi bu ilin yanvar ayının 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

Turist kateri qəzaya uğradı - Misirdə

15 Avqust 2017 16:56

Misirin kurort şəhəri Hurqada sahillərində Qırmızı dənizdə kater qəzaya uğrayıb. Qəzaya uğrayan katerdən 25 xarici turist təxliyə edilib. 

Qara Qarayev 250-ni derbidə fəth etdi

15 Avqust 2017 16:55

Topaz Premyer Liqasının I turunun "Neftçi" ilə oyunu "Qarabağ"ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub. Meydana kapitan kimi çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər Qara 249 matçda 2 qol vurmuşdu. "Qarabağ"da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qarayev UEFA Çempionlar Liqasında 16, UEFA Avropa Liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi Premyer Liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.