Ermənistan Rusiyadan uzaqlaşır
Ermənistanda anti-Rusiya meyilləri ən pik həddə çatıb. İşğalçı ökənin siyasi partiyalarında İrəvanın Moskvanın təsirindən çıxması üçün geniş kompaniya başladılıb. Hətta iqtidar yönümlü siyasilər də Kremlə qarşı aparılan kompaniyaya dəstək verməkdədir. Birinci hədəf Ermənistanın Avrasiya Birliyindən çıxmasıdır. Düşmən ölkəninn siyasi dairələrində Sarkisyanın hakimiyyətini saxlamaq üçün məcburi şəkildə bu quruma qoşulduğu, Avrasiya Birliyinin Ermənistan üçün yenmi faciənin başlanğıcı olduğu deyilir. Hətta Azərbaycanın xarici siyasət kursun Ermənistanda tətbiqi də gündəmə gəlib.
15 Avqust 2017 17:44 DünyaErmənistanda anti-Rusiya meyilləri ən pik həddə çatıb. İşğalçı ökənin siyasi partiyalarında İrəvanın Moskvanın təsirindən çıxması üçün geniş kompaniya başladılıb. Hətta iqtidar yönümlü siyasilər də Kremlə qarşı aparılan kompaniyaya dəstək verməkdədir. Birinci hədəf Ermənistanın Avrasiya Birliyindən çıxmasıdır. Düşmən ölkəninn siyasi dairələrində Sarkisyanın hakimiyyətini saxlamaq üçün məcburi şəkildə bu quruma qoşulduğu, Avrasiya Birliyinin Ermənistan üçün yenmi faciənin başlanğıcı olduğu deyilir. Hətta Azərbaycanın xarici siyasət kursun Ermənistanda tətbiqi də gündəmə gəlib.
Vaqram Baqdasaryan bildirib ki, İrəvan Bakının siyasi xəttini örnək götürə bilər. Heç bir quruma üzv olmadan, neytral mövqe sərgiləməklə xarici siyasətini istiqamətləndirmiş olar. Görünən odur ki, Ermənistanda gedən son prosseslər Sarkisyanı tamami ilə dalana dirəyib. Rusiyasız özünü heç cürə təsəvvür edə bilməyən rejim artan təzyiqlər qarşısında tab gətirə bilmir. Üstəlik bu dəfə Sarkisyandan gizli yox açıq seçim etməsi tələb edilir. Hərbi xuntanın rəhbərinin ikili oyun oynaması üçün də şansı qalmayıb. Müxalifətin isə Avropa Birliyi ilə gizli təmaslara başlandığı deyilir. Söhbət hakimiyyətin dəyişdirilməsi üçün Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa ölkələri və erməni lobbisinin dəstəyindən gedir. Digər tələb başlanğıc olaraq Ukrayna, Gürcüstan və Moldovaya Rusiyanın iqtisadi embarqolarından sığortalanmaq məqsədi ilə ayrılan 250 mln dolların Ermənistana da ayrılmasıdır. Bəs Ermənistanın Rusiyadan ayrılması İrəvan üçün nə verəcək? Düzdür Kremldən uzaqlaşmaq işalçı ölkənin iqtisadi cəhətdən az da olsa dirçəlməsinə müəyyən imkanlar yarada bilər. Yardım məqsədi ilə bu ölkəyə ayrılacaq yardımlar olacaq. Lakin bu Ermənistanın iqtisadi cəhətdən dirçəlməsi demək deyil. Rusiya isə Ermənistanın təhlükəsizliyinin başlıca qarantıdır. Söhbət bu ölkənin bir dövlət kimi var olmasından gedir.
İrəvan məhz Kremlin forpostuna çevrilməklə bölgədə mövcdluğunu qorumaqla yanaşı işğalçılıq siyasəti həyata keçirib. Söz yox ki Ermənistanda baş verənlər Rusiyada diqqətlə izlənilir. Adekvat cavblarda geçikməməkdədir. Ermənistanın Gürcüstanda NATO-təlimlərinə qatılması İrəvanı Moskvanın qara siyahısına kifayyət qədər yaxınlaşdırıb. Bir sözlə düşmənimizin iflasa uğrayan xarici siyasəti Azərbaycan üçün də unikal imkanlar açır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Bakı ilə İrəvan üz-üzə dayana bilər. Daha dəqiq desək prosseslərin mövcud ssenari ilə getməsi işğal olunan ərazilərin azad olunması deməkdir.